
Vakansiya!Baş mühasib işləmək istəyənlər üçün əla şans
Matanat A-da karyera qurmaq imkanı
Vəzifə: Baş Mühasib
Şirkət: Matanat A
Vəzifə öhdəliyi:
Şirkət fəaliyyətinin mühasibat uçotunun aparılması üzrə işi yerinə yetirməli (əsas vəsaitlər,maddi qiymətlilər,istehsal üzrə məsrəflər,məhsulların realizasiyası təsərrüfat-maliyyə fəaliyyətinin nəticələri,mal göndərən və istehlakçı ilə hesablaşmalar,həmçinin göstərilən xidmətlərin və s. uçotu).
Mühasibat uçotu sənədləşmələrin düzgünlüyünə nəzarət etməli.
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etməli.
1C Mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin,maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirir və həmçinin digər sıravi mühasiblər tərəfindən yerinə yetirilmiş işlərə nəzarət etməli.
Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etməlidir.
Tələblər:
Ali təhsil;
Yaş həddi: 35-45;
5 ildən artıq iş təcrübəsi;
Təmkinlilik, etibarlılıq;
Ofis proqramları və 1C 8.2 proqramında işləmə bacarığı olmalı
Xahiş edirik, maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Baş mühasib" sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərsinlər.
Mənbə azerjobs.com
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın