- 0 Komment
- 04 Sentyabr 2014
Vakansiya!Kredit meneceri işləmək istəyənlər üçün

Vijn Fond Azerkreditdə karyera qurmaq imkanı
Vəzifə Кредитный менеджер
İşəgötürən Vijn Fond AzərKredit
Salary: N/A ContactPerson: N/A
Əsas vəzifə və öhdəlikləri:
İdarəetmə sahəsində:
Bütün müvafiq məlumatları nəzərdən keçirdikdən sonra fərdi kredit ərizələri üzrə Kredit Komitəsinə uyğun yazılı rəy vermək;
Tələb olunan hesabatları hazırlamaq;
Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq;
Meneceri tərəfindən tələb olunanda yığıncaqlarda iştirak etmək;
Kredit komitələrinə rəhbərlik etmək;
Qızıl qəbulu prosesində iştirak etmək və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza və möhürlə təsdiq etmək;
Tabeçiliyində olan heyəti idarə etmək;
Tabeçiliyində olan bütün kredit mütəxəssislərinin müştərilərinə vizitlər etmək;
Kredit almış müştərilərin biznesinə və ya evlərində monitorinqlər aparmaq;
Ehtiyac olduqda Filialın menecerini əvəz etmək;
İşçilərin İllik qiymətləndirmə prosesində iştirak;
Müştəri və portfelin kəmiyyətini və keyfiyyətini hədəfə uyğun təmin etmək.
Nəzarət sahəsində:
Tabeçiliyində olan işçilərin monitorinq planını birlikdə tərtib etmək və planın yerinə yetirilməsinə nəzarət etmək;
Qaytarılmayan kreditlər üçün şəxsi məsuliyyət daşımaq və yığım üçün bütün mümkün məsələləri Filial meneceri və Kredit mütəxəssisləri ilə birgə işləyərək həll etmək;
Hər hansı bir potensial problem barəsində menecerinə vaxtında məlumat verir, lazımi tədbirlərin görülməsi üçün yarana biləcək istənilən problem barəsində xəbərdarlıq etmək;
Vaxtında vizitlər təşkil etmək və kreditin təsdiqinin icrasına nəzarət və dolayı qiymətləndirmək;
Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək;
Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını təsdiqləmək;
Yeni kredit məhsullarının inkişafına uyğun təyin olunan bazar ərazilərində yeni məlumatı toplanmaq, yığmaq və qiymətləndirmək;
Vaxtı-vaxtında ödənişlərin təmin edilməsi üçün mütəmadi olaraq müştəriyə baş çəkərək, müştərilərin biznes inkişafını nəzarətdə saxlamaq və müştərilərin davamlı ehtiyacları üçün biznes məsləhəti və dəstəyini həyata keçirmək;
Gözlənilə bilən risklərin aradan qaldırılması, qarşısının alınması yollarını müzakirəyə çıxarmaq və həllinə nail olmaq.
Təşkilatçılıq sahəsində:
İnformasiyanın yayılması yolu ilə, bazarlara vizit etməklə potensial müştəriləri axtarmaq və müəyyən etmək;
Potensial müştəriləri aktiv olaraq kredit götürmə ərizələrini doldurmağa cəlb etmək və onları kredit götürmə prosesi barədə məlumatlandırmaq;
Qrupların formalaşmasına yardım etmək;
Filialın prosedur qaydalarına əsasən müştərilərin ərizə ilə müraciətini təmin etmək;
Müştərinin ödəniş qabiliyyətinə uyğun kredit məhsulu barədə müştərilərə məlumat verərək izah etmək;
Hərtərəfli kredit və biznes analizini təhlil etmək;
Müştərilərə kreditdən uyğun istifadəni təmin etməyi öyrətmək;
Biznes Planın inkişaf etdirilməsində müştərilərə yardım etmək;
Kreditin təsdiqi və paylanması üçün lazımi sənədləri hazırlamaq;
Vaxtlı-vaxtında ödənişin edilməsinin və ümumiyyətlə ödəniş cədvəlinin əhəmiyyətinin müştəri tərəfindən tam başa düşülməsini təmin etməklə müştərilərə kredit müqaviləsinin bütün şərtlərini izah etmək.
Əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində:
Təhlükəsizlik texnikası haqda, mövcud avadanlıqlardan istifadə barədə təlimatlara əməl etmək;
İş prosesində xəsarət və peşə xəstəliklərinin yaranma halları olduqda , bu barədə rəhbərinə dərhal məlumat vermək və həmin halların aradan qaldırılması üçün profilaktik tədbirlərdən istifadə etmək;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə təlimatların tələblərinə riayət etmək;
Binanın, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə əməl etmək;
İş yerində sanitariya-gigiyena şəraitinin normativlərə əməl etmək;
Sanitariya-məişət və müalicə-profilaktik xidmətlərdən istifadə, sığortalanmaya əməl etmək və sığorta xidmətlərindən istifadə barədə təlimatlanmaq və təlimata uyğun hərəkət etmək;
Optimal əmək və istirahət rejiminə riayət etmək.
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
İqtisadiyyat, idarəetmə və biznes və ya maliyyə-kredit sahəsində ali təhsil;
Müvafiq sahədə ən azı 2 il təcrübəyə malik olmaq;
Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək;
Fərdi və komanda şəklində işləmək;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
İngilis dilindən müəyyən səviyyədə biliklərə malik olmaq;
Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək;
Sürücülük bacarığı.
AzərKredit rəqabətli bir mühitdə fəaliyyət göstərir və təşəbbüskar, daim inkişafda olan dinamik namizədlər axtarışındadır. Yuxarıdakı tələblərə cavab verən maraqlı namizədlərdən xahiş olunur ki, CV-lərini və maraqlarını ifadə edən müraciətlərini 30 sentyabr 2014-cü il tarixinədək AzərKredit-in Salyan filialının ofisinə təqdim etsinlər və ya aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləməklə əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Salyan filialına Kredit Meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Faks: (012) 597 30 39
Mənbə azerjobs.com
“Monitor Konsaltinq Servis” MMC yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;
• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),
• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı
• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;
• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.
Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.
VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...
Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.
Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf
0 Komment
Şərh yazın