Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan

Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan

Xalq Bankda karyera qurmaq imkanı
 
Vəzifə: Hüquq İdarəsinin stajçı hüquq məsləhətçisi/baş hüquq məsləhətçisi
İşəgötürən: Xalq Bank
Əmək haqqı: (1000 AZN-dən 2330 AZN-dək)
 
Vəzifə : Hüquq İdarəsinin stajçı hüquq məsləhətçisi, kiçik hüquq məsləhətçisi, hüquq məsləhətçisi, aparıcı hüquq məsləhətçisi böyük hüquq məsləhətçisi, baş hüquq məsləhətçisi
 
İş qrafiki: 09:00 - 18:00/ Bazar ertəsi - Cümə
 
Şəhər: Bakı
 
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
 
• Hüquq sahəsində ali magistr  təhsilinin olması;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Təsərrüfat subyektlərinin kommersiya fəaliyyətinin hüquqi təminatı sahəsində azı 2 (iki) il iş təcrübəsinin olması arzuolunandır;
• Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
• Azərbaycan Respublikasının mülki, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
• Kargüzarlıq işinin əsaslarını bilməsi;
• Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsinin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
• Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək ( rus və ingilis dillərini bilənlərə üstünlük veriləcək);
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri ;
• Bankda hüquqi işin, o cümlədən,  məhkəmə işlərinin aparılması  təcrübəsinə malik olan şəxslərə üstünlük verilə bilər.
 
İŞİN TƏSVİRİ:
 
• Məhkəmə, dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
• Bank tərəfindən verilən iddia və digər ərizələrin hazırlanması, banka qarşı verilən iddialar üzrə etirazların, mülahizələrin, çıxarılmış məhkəmə qərarları üzrə şikayətlərin hazırlanması; 
• Bank fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, təsərrüfat müqavilələrinin hazırlanması, bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
• Bank tərəfindən bağlanması nəzərdə tutulan və Hüquq idarəsinə viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
• Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
• Bankda müştərilərə hesabların açılması qaydasına riayət olunmasına nəzarət etməsi;
• Icraatda olan və icraatı tamamlanmış məhkəmə və icra işlərinin uçotunu və saxlanmasını həyata keçirmək;
• Hüquq idarəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.
 
QEYD: Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq.
 
Əlaqə vasitələri :
 
E - mail :  [email protected] 
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34
Mənbə jobsearch.az
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər