Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan

Filial müdiri işləmək imkanı
Vəzifə: Masallı filiallının müdiri
İşəgötürən: Parabank ASC
Vəzifəyə olan tələblər
o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Mərkəzi Bankın bütün təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olması;
o Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olması;
o Daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılması və risklərin idarə olunmasının qiymətləndirilməsində yüksək səviyyəli səriştəyə malik olması;
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o Bu sahədə dörd illik təcrübəyə malik olması;
o Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Filialın işlərini planlaşdırma bacarığına malik olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;
Əsas vəzifələr
• Filial müdiri öz vəzifələrinin icrasında Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Milli Bankının digər hüquqi-normativ aktlarını, “Parabank” ASC-nin Filialları haqqında əsasnaməni, “Parabank” ASC-nin əmr və sərəncamlarını rəhbər tutur.
• Filiala verilmiş lisenziyaya uyğun Bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin edir.
• Filialların daxili nizam-intizam qaydalarına, Baş bank tərəfindən qəbul edilmiş daxili prosedurların icrasına nəzarət edir.
• Bank tərəfindən filialların istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşıyır.
• Filialın əsasnaməsinə uyğun iş planını təsdiq edir, onun icrasına nəzarət edir.
• Bankın İH-nin təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialarlın açılması və bağlanmasına nəzarət edir, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır.
• Filiallara etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görür.
• Xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşıyır və nəzarət edir;
• Filialarlın Baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və cari likvidliyinin qorunmasına gündəlik nəzarət edir.
• Filialların kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkasasiyası üçün Baş banka sifariş verir.
• Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş banka vaxtında ötürülməsinə nəzarət edir və buna məsuliyyət daşıyır.
• Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirir.
• Filialların kredit portfelində olan problemli kreditlərlə qüvvədə olan daxili prosedur tədbirləri həyata keçirir.
• Filialların verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşıyır;
• Daxli kredit komitələrinə rəhbərliyi həyata keçirir;
• Kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət edir;
• İqtisadi məqsəduyğunluğu əsas götürərək filialın şöbəsi və valyuta dəyişmə məntəqələrinin açılması və ya bağlanması haqqında məlumat çatdırır.
• Hüquqi və fiziki şəxslərin ərizələrinə, təkliflərinə, filialların işçilərinin hərəkətləri barədə şikayətlərə baxır, bunların əsasında lazımi tədbirlər görür, vətəndaşları qəbul edir.
• Əmək mühafizəsi və əməyin təhlükəsizliyi üzrə tədbirlərin keçirilməsini təşkil edir, bu tədbirlərin keçirilməsi üçün məsul şəxsləri təyin edir.
• Filialarlda işin lazımi rejimdə məxfi aparılmasını, bank sirrinin qorunmasını təmin edir.
• Filialların bütün kredit, əməliyyat və s. risklərinə məsuliyyət daşıyır.
• Filialların kredit portfelinin periodik diversifikasiyasını aparılmasında iştirak edir və məsuliyyət daşıyır;.
• Filiallarda yaranan bütün fors major halları baş verən zaman dərhal bu halların aradan qaldırılması üçün Filiallarla İş Departamentinə məlumat verməklə bu halların aradan qaldılması üçün təxirəsalınmaz tədbirlər görür.
• Filiaların fəaliyyəti haqqında İdarə Heyətinə hesabat verir;
• Bankın Müşahidə Şurasının, İdarə Heyətinin qərarlarına dönmədən əməl etmək;
• Filial müdirlərindən filiallaın fəaliyyəti haqqında həftəlik hesabatlar alır;
• Ayrılmış limit daxilində filialların kredit komitəsinin qərarı ilə kredit müqavilələrini təsdiq etmək. Bu həcmdən artıq kreditlərin verilməsinə dair “Parabank” ASC-nin kredit komitəsinin qərarları əsasında kredit müqavilələrini bağlamaq və onların düzgünlüyünü təsdiq etmək;
• Filiallar üçün ayrılmış büdcənin istifadəsinə dair İdarə Heyətinin qərarlarının icrasına nəzarət etmək və bunu görə məsuliyyət daşımaq;
• İdarə Heyətinin əmr və sərəncamlarının filialda icrasına nəzarət etmək;
• Filialların işçiləri üçün məcburi olan şifahi əmr və göstərişlər vermək, əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən daxili iş rejiminə və intizam qaydalarına nəzarət etmək;
• Filialda müştəri xidməti səviyyəsini yüksək saxlamaq və müştərilərlə qaydalara uyğun rəftar edilməsini təmin etmək;
CV-ləri Masallı filialının müdiri mövzusu ilə
[email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Mənbə jobsearch.az
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın