Mərkəzi Bankdan 3000 manatlıq elan

Mərkəzi Bankdan 3000 manatlıq elan

Yaradıcı insanlar, bundan yaxşı nə şans istəyirsiniz...
 
Vergi, rüsum və digər büdcə ödənişlərinin yalnız bank və ya ödəniş kartları vasitəsilə həyata keçirilməsi, həmçinin dövlət orqanları tərəfindən göstərilən xidmətlərə görə rüsumların real vaxt rejimində elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Hökumət Ödəniş Portalı (HÖP) yaradılmışdır. Hal-hazırda ölkədə fəaliyyət göstərən bütün kommunal xidməti təşkilatları ilə yanaşı, dövlət orqanları, mobil telefon operatoru HÖP-ün infrastrukturuna inteqrasiya olunmuşdur.
 
HÖP barədə ətraflı məlumatı www.test.gpp.az və ya http://www.gpp.az/download/21082014.rar internet saytlarından əldə etmək olar.
 
Sosial əhəmiyyətli dövlət resursuna çevrilmiş HÖP-ün media rekvizitlərinin uyğunlaşdırılması istiqamətində planlaşdırılan işlərdən biri də portalın loqotipinin konseptual yenilənməsidir.
 
Bu məqsədlə Azərbaycan Respublikası Mərkəzi Bankı açıq müsabiqə elan edir!
 
Müsabiqədə dizayn qrafikası sahəsində peşəkar və ya həvəskar olaraq fəaliyyət göstərən hər bir şəxs iştirak edə bilər. İştirakçılara yaş məhdudiyyəti qoyulmur. Bir müəllif ən çox 5 iş təqdim edə bilər və təqdim edilən işlər müsabiqənin mövzusuna uyğun olmalıdır. Müsabiqəyə yalnız indiyə qədər istifadə edilməyən və mövcud dizaynların elementlərini təkrarlamayan nümunələr təqdim edilməlidir.
 
Təqdim olunan layihələr aşağıdakılardan ibarət olmalıdır:
 
- Layihənin ağ-qara həlli;
- Layihənin rəngli həlli;
- Layihənin qrafik versiyası (jpeg, *png (ölçüsü 18sm x 15sm olmaq şərti ilə));
- Layihənin vektor versiyası (eps, *ai, *cdr).
 
Müsabiqənin mükafat fondu 3000 AZN müəyyənləşdirilmişdir.
 
Təqdim olunan işlər 30 sentyabr 2014-cü il tarixinə kimi elektron formada həm [email protected] elektron poçt ünvanına, həm də vektor versiyasında (Adobe İllustrator, CorelDraw) CD-yə yazılaraq, rəngli çapı ilə birgə Bakı şəhəri, R.Behbudov 32, AZ1014 (Hökumət Ödəniş Portalı üçün) ünvanına göndərilməlidir. Qalib müəllif www.cbar.az saytında elan ediləcək və telefon vasitəsi ilə məlumatlandırılacaqdır. Sifarişçinin son iradları nəzərə alınmaqla məhsulun təhvil verilməsi üçün qaliblə müvafiq müqavilə bağlanılacaq və buna əsasən də nəzərdə tutulan mükafat ödəniləcəkdir.
 
Əlaqə: [email protected], tel. 4931122 (daxili 326)
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı              

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər