Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan

Dəmirbankda karyera qurmaq imkanı
Vəzifə: Likvidliyin Tənzimlənməsi və Fondların Transferi şöbəsinə Mütəxəssis
İşəgötürən: Demir Bank
DəmirBank ASC Xəzinədarlıq Departamentində Likvidliyin tənzimlənməsi və fondların transferi şöbəsinə mütəxəssis vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
• Filialların hər valyuta üzrə nəğd pula olan tələbatı müəyyənləşdirmək;
• Gündəlik nəğd pul tələbatını və qiymətlilərə yaranan ehtiyacı hər bir iş günün əvvəlinə müəyyənləşdirmək;
• Filialların milli və xarici valyutada nəğd pulla təmin edilməsi üçün filiallardan sifarişləri qəbul etmək və bankın pul anbarından nəğd pul və qiymətlilərin buraxılması barədə tapşırıqları hazırlamaq;
• Bankın pul anbarında vəsaitlərlə bağlı rəmiləşdirməni həyata keçirmək;
• İcraçı inkassatorun ezamiyyət və əmr vəsiqələrini hazırlamaq;
• Müvafiq olaraq regionlarda yerləşən filialların milli valyutada nəğd pulla təmin edilməsi üçün sifarişləri qəbul etmək və SWIFT sistemi vasitəsi ilə pulun göndərilməsi barədə sərəncam hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Gündəlik filialın kassa qalıqlarına, bankın pul anbarının qalığına və limitlərə riayət olunmasına nəzarət etmək;
• Prosedurda müəyyən edilmiş qaydada və müdirinin tapşırığına əsasən filialın kassa limitini təhlil etmək;
• Filialların xəzinələrində quraşdırılmış gizli kameralar vasitəsilə, aparılan dilinq əməliyyatlarına canlı nəzarəti həyəta keçirmək;
• Filialların xəzinə qovşaqlarının qəfləti yoxlamaların keçirilməsini təmin etmək;
• Bankomatların qalıqlarına daim nəzarət etmək;
• Kargüzarlığa aid olan bütün işləri icra etmək.
Namizədə qarşı tələblər:
• Maliyyə, risk menecment, investisiya yönümlü ixtisaslar üzrə ali təhsil (xaricdə təhsil üstünlükdür);
• TQDK imtahan balının 550-dən yüksək olması (Azərbaycanda təhsil aldığı halda);
• Kompyüter bilikləri (Excel, VBA, SPSS, Eviews proqramlarına üstünlük verilir);
• Analitik bacarıq;
• Təzyiq altında işləmək bacarığı;
• Sözügedən sahədə ən azı 1 illik iş təcrübəsinə sahib olmaq;
• Rus dilində orta səviyyədə və İngilis dilində yaxşı səviyyədə danışıq və yazı bacarığına sahib olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 avqust 2014-cü il tarixinədək
[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Likvidliyin tənzimlənməsi və fondların transferi şöbəsinə mütəxəssis) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın