Vakansiya!FINCA Azerbaijan-dan daha bir iş elanı

Ali təhsil mütləqdir.
Vəzifə İnzibati Köməkçi(Binəqədi)
İşəgötürən FINCA Azerbaijan
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Binəqədi filialı üçün İnzibati Köməkçi vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
İnzibati Köməkçi vəzifəsi üçün tələb olunanlar:
Ali təhsil;
Peşəkar ofis mühitində müəyyən təcrübə;
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək;
Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Müştərilərlə davranış etikası.
Vəzifə öhdəlikləri:
Ofisə gələn zəngləri və şəxsləri qəbul etmək, onları ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirmək, ofis ləvazimatları və avadanlıqlarının təchizatına nəzarət etmək və bu kimi digər inzibati işlərdə dəstək göstərmək.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 24 Avqust 2014-cü il tarixindən gec olmamaq şərtilə
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№503/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiz:
Ünvan:Bakı şəh. Cəfər Xəndan küç. 28
Tel: (012) 568 49 56: (055) 455 25 54
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın