Vakansiya!YapiKredi Bankda işləmək istəyənlər üçün

Ali İqtisadi və ya biznes təhsili olmalıdır.
İşəgötürən: YapiKredi Bank
Vəzifə :Müştəri təmsilçisi
Tələblər:
• Ali İqtisadi və ya biznes təhsilinin olması;
• Ən azı 1 (bir) il bank təcrübəsinin olması (müştəri xidmətləri, satış, marketinq, kredit, əməliyyat bölmələrində);
• Mükəmməl azərbaycan dili biliyinin olması (türk, ingilis, rus dili biliklərinə üstünlük verilir);
• İnsanlarla düzgün ünsiyyət qura bilmək və iş bacarığının olması.
Əsas iş funksiyaları:
• Müştəri hesablarının açılması, həmin hesablar üzrə əməliyyatların aparılması;
• Müştərilərə bütün növ bank məhsul və xidmətlərin təqdim edilməsi və lazımi məsləhətlərin verilməsi;
• Müştərilərin xarici ticarət üzrə ekspertizasının həyata keçirilməsi;
• Xidmət etdiyi müştərilərə yüksək səviyyədə bank məhsul və xidmətlərinin satışını həyata keçirir;
• Daima potensial müştəriləri araşdırır və bu müştərilərin Bankımıza qazandırılmasına yönlənmiş addımlar atır;
• Müştəri portfelinin mənfəətlilik, effektivlik və müştəri haqqında məlumatların gizliliyi əsasında uyğun idarəetməni həyata keçirir;
• Satış Dəstək Qrupu tərəfindən müəyyənləşdirilən büdcə və hədəflərin həyata keçirir və bu hədəfləri izləyir;
• Çarpaz satış imkanlarını araşdırır, filial içində digər satış və Satış Dəstək Qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq çalışma;
• Müştərilərə bankın məhsul portfelindən onlara ən uyğun məhsul və xidmətlərlə əlaqədar məlumat verir və müştəri ehtiyaclarını müəyyənləşdirərək, onlara alternativ seçimləri təqdim edir;
• Müştəri şikayətlərini çözülməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin alınması.
Mənbə jobsearch.az
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın