Vakansiya!Parabankdan iş elanı

Əmək haqqı 1500 - 2000 AZN
Vəzifə Daxili auditor
İşəgötürən Parabank
Yaş 30 - 45
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Günəş Mustafayeva
Telefon (012) 447-10-00
Faks (012) 447-10-00
İş barədə məlumat
- Bank əməliyyatlarının bütün aspektləri ilə tanış olmaq
- Əldə olunan məlumatların qorunmasında və saxlanmasında sayıq olmaq
- Struktur bölmələrinin hərtərəfli auditinin aparılması (Bakı şəhərində və regionlarda)
- Aparılmış yoxlamaların qiymətləndirilməsi və hesabat verilməsi
- Bankın maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi
- Daxili nəzarət sistemlərinin effektivliyi və uyğunluğunun yoxlanılması və qiymətləndirilməsi
- Risklərin qiymətləndirilməsi medotologiyası və risklərin idarə edilməsində prosedurların tətbiqinin və effektivliyinin yoxlanılması və qiymətləndirilməsi
- Aktivlərin qorunması sistemlərininin yoxlanılması və qiymətləndirilməsi
- Fəaliyyətlərin səmərəliliyinin və xərclərin effektivliyinin (qiymət baxımından sərfəlilik) qiymətləndirilməsi
- Qayda və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və qiymətləndirilməsi
- Bankin icra orqanlarının bankdaxili qaydalara və risklərə nəzarət sistemlərinə (ölçülə bilən və ölçülə bilməyən) əməl etməsinin yoxlanılması və qiymətləndirilməsi
- Maliyyə və idarəedici məlumatların, o cümlədən xarici istifadəçilərə verilən hesabatların etibarlılığı, tamlığı, düzgünlüyü və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması və qiymətləndirilməsi
- Elektron informasiya sistemlərinin fasiləsizliyi və etibarlılığının yoxlanılması və qiymətləndirilməsi
- Auditin nəticələri, verilmiş tövsiyələr və onların icra müddətlərinin müəyyən edilməsinə dair hesabatların tərtib edilməsi
Namizədə tələblər
- Ali təhsil (mühasibat uçotu, maliyyə-kredit, audit, hüquq)
- Bank işində minimum 3 illik təcrübə
- Microsoft Office proqramlarında işləmə bacarığı
- Azərbaycan dili – mükəmməl
- Rus dili yaxşı səviyyədə
- Ingilis dilini yaxşı səviyyədə bilənlərə üstünlük verilir
- Hərbi xidməti bitirənlərə və hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verilir
- Mühasibat Uçotunun Beynəlxalq Standartları (MUBS) və Azərbaycan standartları haqqında anlayış və onların tətbiqi təcrübəsi
- Beynəlxalq audit standartları (BAS) üzrə üsullar və bank fəaliyyəti haqqında biliklər
- Bank və risklərin idarəolunmasına dair biliklərə malik olmaq
- Özünütənqid və müstəqilliyini qorumaq qabiliyyəti
- Məsuliyyətlilik
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı
- Hesabatın hazırlanması və yazılması bacarığı
Mənbə boss.az
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın