
Vakansiya!FINCA Azerbaijan-da çalışmaq imkanı
Ali və ya texniki təhsil mütləqdir.
Vəzifə İnzibati Köməkçi (Lerik)
İşəgötürən FİNCA Azerbaijan
İnzibati Köməkçi vəzifəsi üçün tələb olunanlar:
Ali və ya texniki təhsil;
Peşəkar ofis mühitində müəyyən təcrübə;
Azərbaycan dilində sərbəst danışmaq və yazmaq. Rus və İngilis dilini bilənlərə üstünlük veriləcək;
Microsoft Office proqramları ilə işləmək və sürətli çapetmə bacarığı;
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
Müştərilərlə davranış etikası.
Vəzifə öhdəlikləri:
Ofisə gələn zəngləri və şəxsləri qəbul etmək, onları ehtiyaclarına uyğun olaraq müvafiq şəxslərə yönləndirmək, ofis ləvazimatları və avadanlıqlarının təchizatına nəzarət etmək və bu kimi digər inzibati işlərdə dəstək göstərmək.
FINCA Azerbaijan öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 1 Sentyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№488/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edə bilərsiz
Ünvan: Lənkəran, M.Nəsirli küç., 37/67; Lerik, C.Cabbarlı küç.
Tel: (025) 255 38 37; (055) 455 25 71
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın