Vakansiya!Biznes kreditləri üzrə mütəxəssis işləmək imkani

Vakansiya!Biznes kreditləri üzrə mütəxəssis işləmək imkani

22-30 yaşlı şəxslər müraciət edə bilərlər.
 
Vəzifə: Biznes kreditləri üzrə mütəxəssis
İşəgötürən: AGBank
Tələblər:
 
∙ Ali Təhsil
∙ Azərbaycan və Rus dili bilikləri
∙ Microsoft Office proqramlarını bilməli
∙ Analitik qabiliyyət
∙ Məsuliyyət
∙ Ünsiyyət qurma bacarığı
∙ Problemləri həll etmək bacarığı
∙ Yaş həddi 22 - 30
 
Vəzifə öhdəlikləri:
 
∙ Müştərilərin cəlb olunması
∙ Müştərilər ilə ilkin tanışlıq və müştərilər haqda məlumatın Bankın proqramına daxil olunması
∙ Təhlil vaxtı analitik formulara doldurulan məlumatların analiz olunması
∙ Local Workbench proqramında  memorandum formasının doldurulması  
∙ Biznes kredit layihələrinin  hazırlanması və Kredit komitəsinin/ Ekspert qrupunun iclaslarında layihələrin təqdim olunması
 
İş şəraiti:
 
İş yeri: Bakı
Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə 
Mehriban kollektiv və karyera inkişafı imkanları
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş elektron ünvanına [email protected]   göndərin. Əlaqəli şəxs – Elnur Axundov. Mövzuda – “Kredit mütəxəssisi” qeyd etməyiniz xahiş olunur.
 
Biz kimləri axtarırıq?
 
Davamlı inkişaf bankımızın hər gördüyü işdə xüsusi önəmə malikdir. Hansı iş və ya peşə ilə məşğul olmağınızdan asılı olmayaraq,  sizdən bir fərd və eyni zamanda komandanın üzvü kimi spesifik məqsədlərə nail olmağınızı tələb olunacaqdır.  Bu, AGBank üçün bütün əməkdaşların razılaşdırılmış birgə biznes məqsədlərinə doğru yönəlməsi deməkdir. Bundan başqa, biz hər kəsin öz işinə görə məsuliyyət daşımasına da diqqət yetiririk. Buna görə də biz, öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Əməkdaşlarımız bizim iş fəaliyyətimizi irəliyə aparan enerjini verəcək və bizə ölkənin ən yüksək keyfiyyətli və aparıcı qlobal standartlara cavab verən bank xidmətlərini göstərməkdə yardımçı olacaqlar.  
Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq. Hər bir əməkdaşımız gördüyü işin eskpertidir və bacarıqlarını inkişaf etdirmək üçün daim səy göstərir. Həmçinin əməkdaşlarımızın ətrafdakıları ruhlandırmasını və həvəsləndirməsini istəyirik. Bankımızın hər bir təşkilati pilləsində əməkdaşlar müəyyən məsuliyyətlərə malikdirlər – onlar qərarlar qəbul edir və bu qərarların sona qədər yerinə yetirilməsində iştirak edirlər. Biz tərəqqiyə can atan, əzmli və qərarlı şəxsləri axtarırıq. Onların liderliyi ələ alması indi və gələcəkdə fərq yaradacaqdır.
 
Mənbə jobsearch.az
 

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər