Vakansiya!Kredit işçisi vəzifəsində çalışmaq istəyənlər üçün

FİNCA Azerbaijandan iş elanı
Vəzifə:Kredit işçisi
İşəgötürən:FINCA Azerbaijan
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı öz LÖKBATAN filialı üçün KREDIT İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. Biz biznes sahəsində çalışan adamlarla gündəlik işləmək, ünsiyyətdə olmağa marağı olan və enerjili namizədlərin komandamıza qoşulmasını arzulayırıq. Bu vəzifədə çalışanın iş vaxtının 90% kiçik və orta bizneslə məşğul olan adamların fəaliyyət göstərdikləri ərazilərdə, o cümlədən ticarət obyektlərinin (bazarlar, yarmarkalar) və sıx yerləşdiyi digər ərazilərdə olacaq. “FINCA Azerbaijan” Azərbaycanda 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Kredit İşçisi vəzifəsi üçün tələb olunanlar:
Ali təhsil (riyaziyyat və iqtisadiyyat arzuolunandır);
Biznes, xidmət və ticarət sahəsində müəyyən təcrübə;
Elementar riyazi hesablama aparmaq;
Kredit işi ilə tanışlıq və ya bu haqda öyrənmə arzusu;
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışmaq;
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 04 Avqust 2014-cü il tarixindən gec olmamaq şərtilə
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№473/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvanlara təqdim edəsiniz:
Ünvan: Bakı, Binə Ticarət Mərkəzi, City Mall, 2-ci mərtəbə
Telefon: (012) 414 99 16; (055) 455 25 60
FINCA Azerbaijan haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə azerjobs.com
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın