Vakansiya!Dəmirbankdan iş elanı

Vakansiya!Dəmirbankdan iş elanı

Ali təhsil mütləqdir.
 
Vəzifə: Reklam və İctimai Əlaqələr şöbəsinin müdiri
İşəgötürən: Demir Bank
 
İşin təsviri:
 
 Reklam və İctimaiyyətlə Əlaqələr üzrə işin departamentin iş planına müvafiq olaraq təşkil edilməsi, Reklam və İctimaiyyətlə Əlaqələr üzrə büdcənin və planların hazırlanması;
 Şöbənin əməkdaşları qarşısında vəzifələrin qoyuluşu, prioritetlərin, müddətlərin müəyyən edilməsi, yerinə yetirilmiş işin qəbulu və keyfiyyətinin qiymətləndirilməsi və s. işçi proseslərin idarə olunması;
 Bankın brendinin və imicinin inkişafı, eləcə də xidmətlərin satışının artırılması üçün reklam və PR işinin təşkili və həyata keçirilməsi;
 Reklam və PR kampaniyalarının və tədbirlərinin hazırlanması və həyata keçirilməsinə nəzarət:
o Reklam və PR ideyaların yaradılması
o Reklam və PR alətlərinin (TV, radio, İnternet, küçə reklamı, çap və s.) müəyyən edilməsi
o Reklam və PR kampaniyasının büdcəsinin hazırlanması
o Reklamların yerləşdirilməsi, media-planların hazırlanması və podratçı şirkətlər tərəfindən icrasına nəzarət
o Reklam yerlərinin seçilməsinə və keyfiyyətinə nəzarət
o Reklam və PR aksiyalarının koordinasiyası və nəzarəti
 Reklam və promouşn materialların sifarişi, qəbulu, keyfiyyətə və filialların təmin edilməsinə nəzarət;
 Filiallarda reklam və PR işlərinin / tədbirlərinin təşkili və nəzarət;
 Filialların interyer və eksteryer tərtibatı işlərinin təşkili və nəzarət;
 Təklif edilən filial yerinin (ərazinin cəlbediciliyinin və ofisin) və ATM yerinin qiymətləndirilməsində iştirak;
 Tədbirlərin (korporativ / sosial / xeyriyyə, uduş kampaniyaları,  sərgi, yarmarka və s.) tədbirlərin keçirilməsində iştirak, reklam və tərtibat işlərinin həyata keçirilməsinin təşkili və nəzarət;
 Reklam və PR işlərinin səmərəliliyinin qiymətləndirilməsi.
 
Namizədə qarşı tələblər:
 
 Ali Təhsil; 
 Biznes və idarəetmə prinsipləri və strateji planlama bacarığına sahib olmaq;
 Media məhsulları və kommunikasiya metodlarında təcrübəyə sahib olmaq;
 Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq;
 PR və jurnalistika sahəsində təcrübə əlavə üstünlük sayıla bilər;
 Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsinin olması;
 Mobil, dinamik, operativ, dəqiqlik, hər sözə dəqiqliklə yanaşma, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;
 MS Word, MS Excel kompüter proqramları və elektron poçt sistemi (e-mail) ilə işləmək bacarığı;
 Azərbaycan, İngilis və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Reklam və İctimai Əlaqələr şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Mənbə jobsearch.az
 

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər