Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan

Dəmir Bank-da karyera qurmaq imkanı
Vəzifə: Marketinq araşdırmaları və proqramları şöbəsinin müdiri
İşəgötürən: Demir Bank
İşin təsviri:
• Marketinq araşdırmaları və proqramları, reklam və PR fəaliyyəti üzrə illik fəaliyyət planlarının və proqramların hazırlanması və icrasında iştirak;
• Bank məhsulları və xidmətləri üzrə bazarın cari vəziyyətini, inkişaf meyllərini və satış dinamikalarını, rəqib bankların şərtlərini, üstün və zəif cəhətlərini araşdırır və təhlil edir;
• Müştərilər arasında sorğu və araşdırmaların həyata keçirilməsi və təşkili (müştəri məmnuniyyəti / fikirləri / münasibətləri və s.);
• Müştəri xidməti keyfiyyəti üzrə “Gizli müştəri” araşdırmalarının və monitorinqlərin təşkili, xidmətin keyfiyyəti üzrə təkliflərin verilməsi;
• Bank əməkdaşları arasında sorğuların və dəyirmi masa tipli müzakirələrin həyata keçirilməsi və s;
• Yeni məhsullarının yaradılması ilə bağlı araşdırmaların həyata keçirilməsi və təkliflərin verilməsi, tətbiqində iştirak;
• Araşdırmalar əsasında cari məhsulların şərtlərinin optimallaşdırılması ilə bağlı təkliflərin hazırlanması və tətbiqində iştirak və s.);
• Stimullaşdırıcı lotereya, bonus, bayram günlərinə həsr edilən, müxtəlif müştəri seqmenlərinə yönümlü proqram və aksiyaların həyata keçirilməsi;
• Tərəfdaşlarla müzakirələrin və təqdimatların həyata keçirilməsi, layihər üzrə əməkdaşlığın yaradılması və koordinasiyası işləri;
• Reklam planlarının və təkliflərinin hazırlanmasında, reklam aksiyalarının və tədbirlərinin həyata keçirilməsində iştirak;
• CRM sistemləri ilə işləmə, onların təkmilləşdirilməsi, müxtəlif seqmentlərə yönəlik kampaniyaların formalaşdırılması.
Namizədə qarşı tələblər:
Ali Təhsil;
Biznes və idarəetmə prinsipləri və strateji planlama bacarığına sahib olmaq;
Azərbaycan və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti
Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsinin olması;
Mobil, dinamik, operativ, dəqiqlik, hər sözə dəqiqliklə yanaşma, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;
Həm Bank sektorunda, həmçinin araşdırma şirkətlərində təcrübəsi olması üstünlük sayıla bilər;
Mobil, dinamik, operativ, dəqiqlik, hər sözə dəqiqliklə yanaşma, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;
MS Word, MS Excel kompüter proqramları və elektron poçt sistemi (e-mail) ilə işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini
[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Marketinq araşdırmaları və proqramları şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə jobsearch.az
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın