
Vakansiya!Kredit işçisi vəzifəsində çalışmaq istəyənlər üçün
Ali və ya texniki təhsil mütləqdir.
Vəzifə: Kredit işçisi (Bakı filialı)
İşəgötürən: İnkişaf üçün Maliyyə MMC
Tələblər:
• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ali və ya texniki təhsil.
İşçinin görəcəyi əsas işlər:
• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.
İşçinin təlim və inkişafı:
• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.
“İnkişaf üçün Maliyyə” MMC-nin Bakı filialı E-poçt: [email protected]
Bakı şəhəri, Bülbül prospekti 58D Faks: (994 12) 492 77 63 (11)
Xüsusi Qeydlər:
1. Ərizələrin (CV-lərin) qəbulu 07 avqust 2014-cü il tarixinədək davam edir.
2. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
3. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə "Bakı filialında kredit işçisi" yazmağınız xahiş olunur. Əks halda Ərizələrə (CV-lərə) baxılmayacaq.
4. Əlaqə üçün şəxs: Günel Səlimova, İnsan Ehtiyatları Meneceri v.i.e.
Mənbə jobsearch.az
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın