
Vakansiya!FINCA Azerbaijan-da çalışmaq imkanı
Qrafik dizayn proqramlarını bilənlərə üstünlük verilir.
Vəzifə: Baş Marketinq Mütəxəssisi
İşəgötürən: FINCA Azerbaijan
Məqsəd:
Baş Marketinq Mütəxəssisi FINCA-nın reklam ehtiyaclarının araşdırılması, reklam vasitələrinin hazırlanması və inkişaf etdirilməsi, təşviqat materialına olan ehtiyacın müəyyən edilməsi, sifarişi və digər işlərin yerinə yetirilməsinə cavabdeh olacaqdır. Baş Marketinq Mütəxəssisi “FINCA Azerbaijan”-ın reklam və təşviqat strategiyalarının hazırlanmasına, illik tələb olunan büdcənin proqnozlaşdırılmasına cavabdeh olacaqdır. Başk Marketinq Mütəxəssisi “FINCA Azerbaijan”-ın nüfuzunun artırılması və müştəri əhatəsinin genişləndirilməsi üçün digər şöbələr ilə səmərəli əməkdaşlıqlar quracaqdır.
İş Öhdəlikləri:
• Reklam ehtiyaclarının müəyyən edilməsi üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq
• Ehtiyaca uyğun olaraq bütün növ reklam vasitələrinin hazırlanması və təmin edilməsinin təşkili
• Müxtəlif statistik məlumatların hazırlanması;
• Yeni kredit məhsullarının və kampaniyaların reklamının təşkili
• Müxtəlif layihələrin icra olunmasına dəstək verilməsi;
• FINCA web səhifəsində və digər yerlərdə online reklam vasitələrində istifadə edilməsi;
• Təşviqat materiallarının ehtiyacının müəyyən edilməsi, sifarişi və paylanmasının təşkili;
Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:
• Ali təhsil (marketinq, kommunikasiya və ya aidiyyatı olan sahə arzuolunandır);
• Marketinq, reklam və araşdırma sahəsində təcrübə;
• Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
• Analiz və təşkilati bacarıqlar;
• Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük, operativlik və komanda üzvlüyü;
• Vaxtaşırı Azərbaycanın digər bölgələrinə səyahət etmək mümkünlüyü;
• Qrafik dizayn proqramlarını bilənlərə üstünlük verilir.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 Avqust 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№461/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 858687;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə jobsearch.az
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın