Vakansiya!HR mütəxxəsisi işləmək üçün Əla Şans

Vakansiya!HR mütəxxəsisi işləmək üçün Əla Şans

 

MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməlidir.
 
Vəzifə: İnsan Resursları Mütəxəssisi (Qazax Konserv Zavodu)
İşəgötürən: Azersun Holding
 
 
İş barədə məlumat:
 
-Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
-Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
-Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
-İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
-Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
-Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
-Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.
İş yeri – Qazax Konserv Zavodu.
 
Əsas tələblər:
 
-Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
-İnsan Resursları sahəsində ən az 1 il iş təcrübəsi;
-AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
-Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
-Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
-Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
-Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
-Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
- Mühasibatlıq sahəsi ilə bağlı minimal biliklərə sahib olmalı;
-MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 22.08.2014  tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“İnsan Resursları Mütəxəssisi”) qeyd olunmalıdır.
 
*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.
 
Mənbə jobsearch.az
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər