Azercell-dən aylıq 200 manat təqaüd almaq istəyənlər, TƏLƏSİN...

Azercell-dən aylıq 200 manat təqaüd almaq istəyənlər, TƏLƏSİN...

 

Azercell Tələbə Proqramı 2014-ə start verdi!
 
Azercell Tələbə Proqramı 2014-ə start verdi!
“Azercell Telekom” MMC Azərbaycanda təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını təqdim edir! Tələbə Proqramı 2014 üzrə qalib gələn tələbələr ali təhsillərinin sonunadək 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək şansını əldə edəcəklər.
Azercell Tələbə Proqramının məqsədi:
• müvəffəqiyyətlə təhsil alan və akademik fərq yaradan tələbələrə xüsusi qayğı göstərmək,
• yüksək potensiallı tələbələrin gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olmaq,
• korporativ sosial məsuliyyətli fəaliyyətlərimiz çərçivəsində cəmiyyətimizə töhfə vermək.
Kimlər müraciət edə bilər?
• Ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda təhsil alan və yaxşı qiymətləri olan tələbələr;
• Yalnız Azərbaycan Respublikasının ali məktəblərinin tələbələri
• Yalnız Azərbaycan Respublikasının vətəndaşları
Müraciətlərin son qəbul tarixi - 31 İyul 2014-cü il.
 

Tələbə Proqramı üzrə Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilərlər. Müraciət ərizələri yalnız onlayn rejimdə aşağıdakı qaydada qəbul olunur:

  • Bu saytın Karyera bolməsinin “Vakansiyalarımız”səhifəsinə daxil olun;
  • Vakansiyarımız başlığı altında olan siyahıdan TƏLƏBƏ PROQRAMI linkini tıklayın;
  • Açılan pəncərədə mətni oxuyun və “Ərizəni göndər” linkindən onlayn müraciət ərizəsini açın;
  • Qeydiyyatdan keçmiş istifadəçisinizsə İstifadəçi adınızı və Parolunuzu daxil edərək müraciət ərizənizi göndərin. Əks təqdirdə qeydiyyat formasını doldurun və müraciət ərizənizi göndərin.

Müraciətlərin son qəbul tarixi - 31 İyul 2014-cü il.

Seçim mərhələlərinin nəticəsi və növbəti mərhələlərə dəvət haqda məlumat bütün namizədlərə e-mail vasitəsi ilə təqdim olunacaq.

Qeyd: Müraciət ərizələri yalnız veb səhifəsi vasitəsilə qəbul olunduğu üçün Azercellin e-mail ünvanlarına və ofislərinə gətirilən müraciət ərizələri nəzərə alınmayacaq.

 
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

0 Komment

    Şərh yazın

    Xəbərlər