Vakansiya! Mühasib vəzifəsində çalışmaq imkanı

Vakansiya! Mühasib vəzifəsində çalışmaq imkanı

Ali iqtisadi təhsili olanlara üstünlük verilir.
 
Vəzifə: Mühasib
İşəgötürən: Vijn Fond AzərKredit MMC
 
Əsas vəzifə və öhdəlikləri:
 
• Filiallarda mühasibat uçotunun aparılmasına nəzarət;
• Baş Ofisdə həyata keçirilən təsərrüfat əməliyyatlarının uçotunun aparılması;   
• Baş Ofisin kassa kitabına və kassa qalığına nəzarət; 
• İnvestorlarla hesablashmaların uçotu və nəzarəti;
• Təşkilata məxsus minik avtomobillərinin sığorta təminatına nəzarət;
• Debitor və kreditorlarla hesablaşmalara nəzarət; 
• Büdcə hazırlanması prosesində iştirak etmək;
• Daxili və xarici audit prosesinə dəstək;
• Əmək haqqı, ona bərabər tutulan digər ödənişlərin və müavinətlərin hesablanması;
• Maliyyə-mühasibat sənədlərinin qorunub saxlanması;
• Dövri vergi bəyannamələrinin, statistika və DSMF hesabatlarının hazırlanması və qanunverciliklə tələb olunan vaxtadək təqdim olunması;
• AR Mərkəzi Bankına tələb olunan hesabatların və digər məlumatların təqdim olunması;   
• Filiallardan alınmış uçot informasiyalarına əlavə və düzəlişlər etməklə onların mühasibat proqramına (Sun System) daxil edilməsi;
• Əsas vəsait və qeyri-maddi aktivlərin uçotunun aparılması və amortizasiyanın/köhnəlməsinin hesablanması;
• Təsdiq olunmuş ödənişlərin müvafiq qaydada icra olunması;  
• Dövri maliyyə və digər hesabatların hazırlanması;
 
Namizədlər ixtisaslaşma, bilik və texniki qabiliyyətlər baxımından aşağıdakı tələblərə cavab verməlidirlər:
 
• Ali təhsil (ali iqtisadi təhsili olanlara üstünlük verilir);
• Mühasibat sahəsində ən az 1 il iş təcrübəsi;
• Mühasibat uçotunun aparılmasına dair normativ qaydaları və metodoloji göstərişləri bilmək;
• Microsoft Office proqramlarında işləmək qabiliyyəti;
• AR Vergi və Əmək qanunvericiliyini bilmək;
• Regionlara səfərlərə getməlk imkanı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Şirkətin missiyasına və əsas dəyərlərinə uyğun davranışlar nümayiş etdirməyə hazır olmaq;
• Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmalı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.
 
Maraqlı namizədlərdən xahiş olunur ki, AzərKredit-in iş üçün anket formasını dolduraraq 31 iyul 2014-cü il tarixinədək e-mail ([email protected]) və ya faks vasitəsilə ((+994 12) 597 30 39) təqdim etsinlər. 
E-məktubunuzun mövzu hissəsində ‘Mühasib’ göstərin. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
 
İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallardan əldə edə bilərsiniz.
 
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]  Faks: (+994 12) 597 30 39  www.azercredit.az
 
Mənbə:jobsearch.az
 

“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı

504 səhifəlik, qalın üzlü  “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.  

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər