Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan

Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan

Demir Bankdan yeni vakansiya
 
Vəzifə: Marketinq Departamentinin Reklam və PR şöbəsi mütəxəssisi
İşəgötürən: Demir Bank
 
İşin təsviri:
 
• Reklam və PR fəaliyyəti üzrə illik fəaliyyət planlarının və proqramların hazırlanması və icrasında iştirak;
• Bank məhsulları və xidmətləri üzrə bazarın cari vəziyyətini, inkişaf meyillərini və satış dinamikalarını, rəqib bankların şərtlərini, üstün və zəif cəhətlərini araşdırılması və təhlili işlərində iştirak;
• Bankın reklam-imic fəaliyyətinin strategiya və taktikasının başlıca istiqamətlərinin işlənib hazırlanmasında iştirak;
• Reklam ideyalarının işlənib hazırlanmasında iştirak;
• Filialların satış və marketinq fəaliyyətlərinin əlaqələndirilməsi və marketinq fəaliyyətlərində iştirak;
• Şirkət və təşkilatlara görüşlərin keçirilməsi üçün rəsmi müraciətlərin olunması;
• Filial əməkdaşlarının görüşləri  ilə bağlı hesabatların hazırlanması;
• Bakı və regionlarda tədbirlərin keçirilməsi və təşkili işləri ilə bağlı əlaqələndirilməsi;
• Filial əməkdaşlarının satış fəaliyyətləri ilə bağlı təlimlərin keçirilməsi prosesində iştirak edilməsi;
• Filiallara müxtəlif marketinq vasitələrindən istifadə qaydaları ilə bağlı təlimlərin keçirilməsi prosesində iştirak iştirak edilməsi;
• Marketinq Departamenti tərəfindən keçirilən layihələrdə iştirak edilməsi.
 
Namizədə qarşı tələblər:
 
• Ali təhsil; 
• Biznes və idarəetmə prinsipləri və strateji planlama bacarığına sahib olmaq;
• Media məhsulları və kommunikasiya metodlarında təcrübəyə sahib olmaq;
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq;
• PR və satış sahəsində təcrübə əlavə üstünlük sayıla bilər;
• Göstərilən vəzifə üzrə ən azı 1 illik iş təcrübəsinin olması;
• MS Word, MS Excel kompüter proqramları ilə işləmək bacarığı;
• Mobil, dinamik, operativ, dəqiq, hər sözə dəqiqliklə yanaşan, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək bacarığı olan namizədlərə üstünlük veriləcəkdir;
• Azərbaycan, İngilis və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Reklam və PR şöbəsinə mütəxəssis” yazmağınız xahiş olunur. Əks təqdirdə məktubunun mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Mənbə:jobsearch.az
 

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

 

0 Komment

    Şərh yazın