Vakansiya!Dəmirbankdan daha bir iş elanı

Vakansiya!Dəmirbankdan daha bir iş elanı

Office proqramlarını bilməlidir.
 
Vəzifə: İstehlak kreditləri üzrə mütəxəssis (Şamaxı filialı)
İşəgötürən: Demir Bank
 
İşin təsviri:
 
 Bankın istehlak kredit məhsullarını təbliğ etmək və banka müştəriləri cəlb etmək;
 Birbaşa marketinq funksiyasını həyata keçirtmək;
 Müvafiq kredit prosedurlarına uyğun olaraq ərizələr üzrə müştəri ilə sorğu keçirmək; 
 Müştərinin ərizəsini qəbul etmək; kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək; 
 Kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmiləşdirmək;
 Kreditlərin ödənişlərinə nəzarət etmək və vaxtında ödənişləri təmin etmək;
 Fəaliyyətinə dair hesabatlar vermək;
 Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
 Cari hesabların SAP proqramı vasitəsilə açılması.
 
Namizədə qarşı tələblər:
 
 Ali təhsil  (İqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
 Azərbaycan dilini yaxşı səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
 Satış qabiliyyətinə malik olmaq;
 Analitik təhlil qabiliyyətinə malik olmaq;
 MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
 Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
 Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
 Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
 Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18 iyul 2014-cü il tarixinədək yalnız [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (istehlak kreditləri üzrə mütəxəssis - Şamaxı) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
 

 “Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.),

• Vergi Qanunvericiliyinə dair 50 aktual sualın cavabı        

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabı sadəcə 10 manata...

Kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.

Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf

 

0 Komment

    Şərh yazın