Vakansiya!Dəmirbankda işləmək imkani

Vakansiya!Dəmirbankda işləmək imkani

Maliyyə və audit şirkətlərində təcrübə üstünlük hesab olunur.
 
Vəzifə: Daxili Audit Departamentinə əlaqələndirici
İşəgötürən: Demir Bank
 
İşin təsviri:
 
• Audit yoxlamaları zamanı yoxlama qruplarının üzvlərinə müxtəlif məlumat bazalarından məlumatlar toplamaq və onlara çatdırmaq;
• Departamentin kargüzarlıq işini aparmaq (Opentext vasitəsilə departamentin məktublarının göndərilməsi, qeydiyyatı, daxil olan məktubların qeydiyyatı, müvafiq sənədlərin müvafiq qovluqlarda səliqəli şəkildə saxlanılmasının təmini, departament üçün tələb olunan vəsaitlərin sifarişlərinin hazırlanması və.s);
• Audit yoxlamasında olan yoxlama qrupunun üzvlərini daxil olan təlimatlarla tanış olmasını təmin etmək;
• Audit Reyestri vasitəsilə planlaşdırılmış tədbirlərin icrasını daimi nəzarətdə saxlamaq;
• Audit zamanı əldə edilmiş məlumatları və yaxud audit hesabatlarını Bankın digər struktur bölmələrinə təqdim etmək;
• Auditin nəticələrini əks etdirən iş sənədləri hazırlamaq, hesabatlar tərtib edilməsində iştirak etmək;
• Bankın daxili nizam-intizam qaydalarına, korporativ və etik davraniş normalarina daim  riayət etmək;
• Daim Bankın imicini və mənafeyini qorumaq;
• Bu Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat vermək.
 
Namizədə qarşı tələblər:
 
• Bank işini tənzimləyən qanunvericilik  və Mərkəzi Bankın normatıv sənədlərinin tələbləri ilə yaxından tanış olmalıdır;   
• Daim təşəbbüskar, davamlı, müstəqil və qərəzsiz fəaliyyət göstərməlidir;
• İqtisadiyyat sahəsində ali təhsilin olması (maliyyə və audit təhsili üstünlükdür);
• Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dillərinində biliklər üstünlük hesab olunur; 
• Audit sahəsində ən azı 1 il iş təcrübəsinin olması;
• Maliyyə və audit şirkətlərində təcrübə üstünlük hesab olunur;
• İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli kimi bacarıqlara sahib olması;
• Yüksək səviyyədə idarəetmə qabiliyyətinin olması;
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyul 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
 
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Daxili Audit Departamentinə əlaqələndirici” yazmağınız xahiş olunur. Əks təqdirdə mövzu hissəsi boş qalan namizədlərin müraciətinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Mənbə:jobsearch.az
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın