Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan

Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan

Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində ali təhsil olmalıdır.
İşəgötürən:Bank Of Baku
Vəzifə: İnsan Resursları Departamentinin Idarəetmə şöbəsinin müdiri
 
Bankımız haqda:
 
1994-cü ildə “Tuqay” adı altında ölkənin ilk kommersiya banklarından biri olaraq qeydiyyatdan keçmişdir. 1997-ci ilin fevral ayında təsisçilərin qərarı ilə bankın adı “Bank of Baku” Birgə Səhmdar Kommersiya Bankı adı ilə əvəzlənmişdir. 2004-cü ildən etibarən bankımız Açıq Səhmdar Cəmiyyət kimi fəaliyyət göstərir. Hazırda fəaliyyətdə olan 24 filial və 1 inzibati ofis müştərilərimizə bütün növ bank xidmətləri göstərir.
 
Bankımızın uzunmüddətli hədəfi fərdlərə, kiçik və orta biznesə müasir və keyfiyyətli maliyyə məhsulları və xidmətlərini təqdim edən aparıcı maliyyə qurumu kimi qalmaqla bərabər, həm də fəaliyyətini inkişaf etdirməkdir.
 
Əsas vəzifə və öhdəliklər:
 
İnsan Resurslarının İdarə Edilməsi siyasətininin, qayda və sistemlərin hazırlanmasında iştirak etmək, onları təkmilləşdirmək;
Bankın insan resurslarının planlaşdırılmasını həyata keçirmək: işçi axtarma, seçmə və işə yerləşdirmə prosedurlarının daxili təlimatlara əsaslanmasını və prosesin şəffaflığını təmin etmək;
Əməkdaşların təlim və inkişaf ehtiyaclarının qarşılanmasını təmin etmək;
Qəbul olunmuş motivasiya sisteminin implementasiyasını təmin etmək;
Bankın əməkdaşlarının Karyera planlaşdırılması prosesini həyata keçirmək;
Bankda korporativ tədbirlərin təşkilini həyata keçirmək;
Şöbənin fəaliyyətinə aid olan hesabatları zamanında hazırlamaq.
Tələb olunan kriteriyalar:
 
Sosial elmlər, Psixologiya və ya Menecment sahəsində ali təhsil;
İnsan Resurslarının idarə edilməsi sahəsində ən azı 3 il iş təcrübəsinin olması;
Idarəçilik bacarığı;
Layihələrin idarə edilməsi təcrübəsinin olması;
Strateji düşünmə bacarığı;
Məntiqi düşünmək və analiz etmək qabiliyyəti;
Əla ünsiyyət qurmaq bacarığı;
Konfliktlərin həll edilməsi bacarığı;
Məsuliyyətli və dəqiq;
Yaradıcı və təşəbbüskar;
Azərbaycan və Rus dillərini əla bilmək (İngilis dili biliklərinin olması üstünlük təşkil edir)
MS Office proqramlarında işləmək bacarığı
Yuxarıdakı tələblərə uyğun namızədlər “Subject” qrafasında “İnsan Resursları Departamenti” yazmaqla öz CV-lərini və ya bankın saytından http://www.bankofbaku.com/az/hr-category/cv-forma.html  əldə edilmiş “İşə müraciət forması”ı (şəkillə birlikdə)
 
[email protected] ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 31 İyul 2014-cü ildir. Yalnız məhdud sayda namizədlərlə Avqust ayından etibarən əlaqə saxlanılacaqdır. Xahiş edirik, telefon vasitəsilə müraciət etməyəsiniz.
 
Mənbə: azerjobs.com

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın