Vakansiya! Marketinq işini bilənlər üçün daha bir elan

Vakansiya! Marketinq işini bilənlər üçün daha bir elan

 

 

Ofis proqramlarını bilməlidir.
Vəzifə: Ağdaş filialı Marketinq İşçisi
İşəgötürən: İnkişaf üçün Maliyyə MMC
“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı AĞDAŞ filialı üçün MARKETİNQ İŞÇİSİ vəzifəsinə işçi qəbulu elan edir.
 
Tələblər:
 
• İqtisadiyyat (biznes, marketinq, idarəetmə) eləcə də, ictimaiyyətlə əlaqələr və ya uyğun sahələrdən birində bakalavr təhsili;
• Marketinq və bazar araşdırması, biznesin planlaması, analitik tədqiqat aparılması üzrə ən azı nəzəri və ya baza bilikləri;
• Kreditləşdirmə üzrə ümüumi məlumatlara malik olması;
• Sərbəst və özünəinamlı şəkildə peşəkar ünsiyyət qurmaq, insanları inandırmaq və müştəri olaraq cəlb etmək bacarığı;
• Aktiv və sahə işinə meyilli;
• Kompüterdə işləmək bacarığı; 
• Əla Azərbaycan dili biliyi (hər hansı xarici dil bilməsi əlavə üstünlükdür, lakin vacib deyildir);
 
Marketinq işçisinin əsas işləri aşağıdakılardan ibarət olacaqdır:
 
• Filialın fəaliyyət göstərdiyi kəndlərdə potensial müştərilərin kreditlər, faizlərin hesablanması, kredit götürmək üçün lazım olan sənədlər və kreditə uyğunluq kriteriyaları haqqında məlumatlandırmaq;
• Maliyyə savadlılığının və büdcə idarəetməsi biliklərinin artırılması;
• Müəssisənin kredit şərtləri, müxtəlif sahələrin və fəaliyyətlərin kreditləşdirməsi üçün spesifik tələblərin potensial borcalanlara izah edilməsi, onların suallarının dolğun cavablandırılması.
 
İşə başlamaq üçün:
 
• Seçilmiş namizədlərə intensiv marketinq və satış təlimləndirilməsi aparılacaqdır;
• Öz işlərini və vəzifələrini həyata keçirmək üçün lazım olan texniki təchizatla təmin ediləcəklər.
 
Xüsusi Qeydlər:
 
1. Ərizələrin (CV-lərin) qəbulu 15  İyul 2014-cü il tarixinədək davam edir.
2. Sizin üçün arzuedilən əmək haqqını göstərməklə, ərizənizi [email protected] ünvanına göndərin.
3. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Ağdaş filialı Marketinq İşçisi" yazmağınız xahiş olunur. Əks halda müraciətinizə baxılmayacaq.
4. Filialın yerləşdiyi ərazini daha yaxşı tanıyan şəxslərə üstünlük veriləcəkdir.
 
Mənbə:jobsearch.az

“Vergi Məcəlləsi -2013” kitabı  – Vergi Məcəlləsi+ ən son dəyişiklik və əlavələrin şərhi – 2013

Kitabı əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:
1) Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;
2) Prezidentin fərmanı ilə əlavə və düzəliş edilən 131 bəndin ayrı-ayrıca izahı;
3) Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;
4) Vergi orqanlarının YENI rekvizitləri;
5) Vergi Məcəlləsi, vergi qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin 23 qərarı, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.) bölməsində 23 sənəd, Vergi qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyət tədbirləri - ELEKTRON FORMADA,
6) Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını apara biləcəksiniz;

Kitabın satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın