Vakansiya! Marketinq işini bilənlər üçün elan

Vakansiya! Marketinq işini bilənlər üçün elan

 

 

Ali təhsil önəmlidir.
Vəzifə:Göyçay filiali Marketinq işçisi
İşəgötürən:İnkişaf üçün maliyyə MMC
“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı GÖYÇAY filialı üçün MARKETİNQ İŞÇİSİ vəzifəsinə işçi qəbulu elan edir.
 
Tələblər:
• İqtisadiyyat (biznes, marketinq, idarəetmə) eləcə də, ictimaiyyətlə əlaqələr və ya uyğun sahələrdən birində bakalavr təhsili;
• Marketinq və bazar araşdırması, biznesin planlaması, analitik tədqiqat aparılması üzrə ən azı nəzəri və ya baza bilikləri;
• Kreditləşdirmə üzrə ümüumi məlumatlara malik olması;
• Sərbəst və özünəinamlı şəkildə peşəkar ünsiyyət qurmaq, insanları inandırmaq və müştəri olaraq cəlb etmək bacarığı;
• Aktiv və sahə işinə meyilli;
• Kompüterdə işləmək bacarığı; 
• Əla Azərbaycan dili biliyi (hər hansı xarici dil bilməsi əlavə üstünlükdür, lakin vacib deyildir);
 
Marketinq işçisinin əsas işləri aşağıdakılardan ibarət olacaqdır:
 
• Filialın fəaliyyət göstərdiyi kəndlərdə potensial müştərilərin kreditlər, faizlərin hesablanması, kredit götürmək üçün lazım olan sənədlər və kreditə uyğunluq kriteriyaları haqqında məlumatlandırmaq;
• Maliyyə savadlılığının və büdcə idarəetməsi biliklərinin artırılması;
• Müəssisənin kredit şərtləri, müxtəlif sahələrin və fəaliyyətlərin kreditləşdirməsi üçün spesifik tələblərin potensial borcalanlara izah edilməsi, onların suallarının dolğun cavablandırılması.
 
İşə başlamaq üçün:
 
• Seçilmiş namizədlərə intensiv marketinq və satış təlimləndirilməsi aparılacaqdır;
• Öz işlərini və vəzifələrini həyata keçirmək üçün lazım olan texniki təchizatla təmin ediləcəklər.
 
Xüsusi Qeydlər:
 
1. Ərizələrin (CV-lərin) qəbulu 15  İyul 2014-cü il tarixinədək davam edir.
2. Sizin üçün arzuedilın əmək haqqını göstərməklə, ərizənizi [email protected] ünvanına göndərin.
3. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Göyçay filialı Marketinq İşçisi" yazmağınız xahiş olunur.
4. Filialın yerləşdiyi ərazini daha yaxşı tanıyan şəxslərə üstünlük veriləcəkdir.
 
Mənbə:jobsearch.az

“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr

Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib. 

İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın