Vakansiya! Dəmir Bank-da kredit meneceri çalışmaq imkanı

Vakansiya! Dəmir Bank-da kredit meneceri çalışmaq imkanı

JOB TITLE: Kredit meneceri (Sabirabad filialı)
EMPLOYER: Dəmir Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2014-06-24 LAST UPDATED: N/A DEADLINE: 2014-07-04
 
DəmirBank ASC Sabirabad filialına Kredit meneceri vəzifəsinə işəqəbul elan edir.
 
İşin təsviri:
 
• Çalışdığı filialın kredit fəaliyyətinə nəzarət etmək;
• İşçilərlə birgə müştərilərə vizit, biznesin təhlili, filialların kredit komitələrində mütləq səs hüququ ilə iştirak etmək;
• Gecikdirilmiş kreditlərin qaytarılması ilə bağlı görülən işlərin  təşkili və onlara rəhbərlik edilməsi;
• Çalışdığı filiallarda işçilərə, onların işinə və kredit portfellərinə nəzarət etmək;
• Kredit dosyelərinin vəziyyətinə nəzarət etmək;
• Filiala yeni partnyor şirkətlər cəlb etmək;
• Filialda birbaşa marketinq funksiyasının təşkilinin aparılması;
• İşçilərə limitlərin verilməsi ilə bağlı təkliflərin verilməsi, onların sərbəst şəkildə verdiyi kreditlərə nəzarət etmək;
• Monitorinq planına əsasən işçilər tərəfindən monitorinqlərin vaxtında keçirilməsinə nəzarət etmək;
• Təhkim olunmuş təcrübəçilərin təlimi və onlar haqqında rəyin verilməsinin təşkilini aparmaq;
• Filial müdiri işdə olmadıqda, onun vəzifələrini icra etmək;
• Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
• Tabeçiliyində olan kredit mütəxəssiləri tərəfindən monitorinqlərin plana uyğun keçirilməsini təmin edərək  keyfiyyətinə nəzarət etmək.
 
Namizədə qarşı tələblər:
 
• Ali təhsil;
• Ən azı 5 il kredit sahəsində iş təcrübəsi;
• Bir qrup insanlarla rəhbərlik etmək təcrübəsi;
• Bank işini tənzimləyən qanunvericilik  və Mərkəzi Bankın normativ sənədlərinin tələbləri ilə yaxından tanış bilməlidir;    
• Biləvasitə vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan  qanunvericilik  və Mərkəzi Bankın normativ sənədlərinin tələblərini, eləcə də, bankdaxili  normativ sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 4 iyul 2014-cü il tarixinədək yalnız [email protected] elektron ünvanına göndərə bilərlər və müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Kredit meneceri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
 
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Mənbə: jobsearch.az
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın