Vakansiya! Finca-da Audit köməkçisi çalışmaq şansı

Əla riyazi təhlil bacarıq və vərdişləri olmalıdır
JOB TITLE: Audit Köməkçisi
EMPLOYER: FINCA Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2014-06-23 LAST UPDATED: N/A DEADLINE: 2014-07-01
İş Elanı №379/14
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Daxili Audit Departamenti üçün Audit Köməkçisi vəzifəsinə işçi axtarışı elan edir.
Audit Köməkçisi “FINCA Azerbaijan” QBKT-nin fəaliyyətlərinin, proseslərinin və əməliyyatlarının davamlı auditini aparmağa məsuldur. Vəzifə təlimatına və müvafiq siyasət və prosedurlara uyğun olaraq Audit Köməkçisi bütün “FINCA Azerbaijan” şöbələrinin/filiallarının fəaliyyətini dəyərləndirmək üçün korporativ idarəetmə, risklərin qiymətləndirilməsi və daxili nəzarət sistemi ilə bağlı zəmanətverici və məsləhətverici xidmətlərin icra edilməsinə yardım göstərəcəkdir.
Audit Köməkçisi “FINCA Azerbaijan” QBKT-nın ölkənin müxtəlif regionlarlndakı fəaliyyətinin monitorinqində, onun müvafiq təlimatlara uyğunluğunun yoxlanılmasında, Daxili Audit hesabatlarının o cümlədən rəhbərliyə təqdim edilən digər mütəmadi hesabatların hazırlanmasında, onlarln redaktə edilməsi və tərcüməsində yardımçı olacaq, Audit Menecerinə dövrü hesabatlar təqdim edəcəkdir.
“FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:
• İqtisadi, maliyyə, uçot və ya hüquqi təhsilə malik olmaq;
• Müvafiq sahədə 1 il iş təcrübəsi və ya ali təhsil məktəblərinin yeni məzunları;
• MS Office proqramları istifadəçisi kimi bu sahə üzrə mükəmməl biliklər;
• Əla riyazi təhlil bacarıq və vərdişləri;
• Azərbaycan və İngilis dilində sərbəst oxuyub-yazmaq, rus dilini bilənlərə üstünlük verilir;
• İnsanlar arasında geniş əlaqə yaratma və ünsiyyət vərdişləri;
• Dəqiqlik, təfərrüatlara fikir vermək, şəffaflığa bağlılıq;
• Ölkədaxili ezamiyyətə getmək imkanı.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 01 İyul 2014-cü il tarixindən gec olmamaq şərtilə əsli
[email protected] , elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№379/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə. Tel: (012) 596 33 858687;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə: jobsearch.az
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik.
0 Komment
Şərh yazın