Vakansiya! HR assistenti işləmək istəyənlər üçün

Vakansiya! HR assistenti işləmək istəyənlər üçün

JOB TITLE: HR Assistant
EMPLOYER: Mol Bulak BOKT MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2014-06-23 LAST UPDATED: N/A DEADLINE: 2014-07-23
HR Assistant
 
İxtisas tələbləri:
 
• Ali təhsilli şəxs təyin olunur (menecment sahəsi arzu olunandır);
• Azı 6 ay  iş təcrübəsi (insan resursları üzrə);
• Xidməti ezamiyyətlərə getmə hazırlığı.
• Kadr kargüzarlığı sistemini bilməli;
 
Peşəkar səriştələr (bacarıq və biliklər):
 
• Müasir texniki proqramın istifadəsi ilə məlumatın hazırlanma üsulları;
• Azərbaycan və rus dillərində savadlı yazı və şifahi vərdişlərə malik olmaq;
• Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
• Ümumi, sosial psixologiyanın əsasları;
• Kompüterdə Windows, Word, Excel proqramlarında əməli iş vərdişləri;
• Azərbaycan Respublikasının Əmək məcəlləsini;
 
Şəxsi səriştələr:
 
• Nəticəyə istiqamətlənmə;
• Analitik düşüncə;
• Qəbul edilmiş qərara görə məsuliyyət götürmə bacarığı;
• Düzgünlük və əxlaqlılıq. 
• Təşəbbüsçülük, işə yaradıcı yanaşma;
• Stresə dözümlü, asan öyrənilmə
 
Məsuliyyət sahələri:
 
• Personal seçiminin təşkil edilməsi və aparılmasına dəstək;
• Personal hazırlığı prosesinin təşkil edilməsinə təkliflər vermək;
• Kadr kargüzarlıq işinin qaydasında aparılması;
• İşçilərin qiymətləndirilməsi prosesinin təşkil edilməsi;
     
Məsuliyyət sahələri üzrə öhdəliklər:
 
• Məzuniyyət, ezamiyyət, işə qəbul, işdən azad olunmaya və digər kadr kargüzarlığına aid olan sənədləri hazırlayır, imzaya təqdim edir,  qeydiyyata alır, imzalanmış sənədlərin vaxtında müvafiq struktur bölmələrə təqdim olunmasını təmin edir.
• Kadr sənədlərinin  qovluqlara yığılması, qovluqlarda sənədlərin, o cümlədən işçilərin əmək kitabçalarının tam və səliqəli şəkildə saxlanılması üçün məsuliyyət daşıyır.
•  İR üzrə menecerin tapşırığı əsasında kütləvi informasiya vasitələrində vakant vəzifələrə dair elanları yerləşdirir, intervyu prosesini təşkil edir.
• Kadr əmrlərini Finstart məlumat bazasına daxil edir.
• Vakant vəzifələr üzrə elanların mətnini hazırlayır, müvafiq şöbələr ilə razılaşdırır və elanların yerləşdirilməsini təmin edir, müvafiq namizədlər ilə müsahibə keçirir, yeni işə qəbul olunmuş əməkdaşlara giriş təlimləri keçir.
• Vakant vəzifələr üzrə namizədlər ilə müsahibə keçirir. 
• Əməkdaşlar üçün əmək haqqı kartları, sosial sığorta kartları, əmək kitabçalarının alınması üçün müvafiq qurumlara gedən sənədləri hazırlayır.
• Aylıq statistika hesabatlarını hazırlayır.
• İşçilərə verilən xəbərdarlıq məktublarını tərtib edir.
• İşçilərin icbari sığortasını təşkil edir.
• İR üzrə menecer işdə olmayan hallarda (ezamiyyət, məzuniyyət)kadr əmrlərini vizalayır.
• İR üzrə menecerin digər müvafiq tapşırıqlarını yerinə yetirir. 
 
 
Mənbə: jobsearch.az
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın