
Vakansiya! SOCAR-dan 1044AZN manatlıq iş elanı
Tələsin, müraciət vaxtına az qalıb
İdentifikasiya nömrəsi: 6537
Vakansiyanın adı: Mühəndis (Tullantıların idarə olunması üzrə)
Vakansiyanın elan tarixi: 05.06.2014
Son müraciət tarixi: 10.06.2014
Müəssisənin adı: Ekologiya İdarəsi
Ödəniş növü: Vəzifə maaş
Əməyin ödənilmə dərəcəsi: 9 - 14
Vəzifə maaşının məbləği: 570AZN - 1044AZN
Əlavə ödənişlər: Yox
İş yerinin ünvanı: Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəhər şossesi 13
İş vaxtının norması: NORM40/5
Əmək şəraiti: Quruda
Təhsil İstiqaməti: Sahə üzrə
Tələb olunan minimum təhsil səviyyəsi: Bakalavr
Tələb olunan əmək fəaliyyəti
Tələb olunan kompüter bilik səviyyəsi: Internet - yaxşı; MS Word - yaxşı; MS Excel - yaxşı; MS Power Point - yaxşı; MS Access - yaxşı; MS Outlook - yaxşı;
Tələb olunan xarici dil bilik səviyyəsi
Vakansiya tələbinə uyğun təlimlər Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, İSO 9001, İSO 14001, OHSAS 18001 sertifikatları haqqında bilgisi olan, normativ sənədlərlə işləmək bacarığı olan mütəxəssislərə üstünlük verilir.
Vəzifə(peşə) funksiyaları • İdarədə və idarənin struktur bölmələrində ətraf mühitin qorunması barədə qüvvədə olan qanunvericiliklərə, təlimatlara, standartlara və normativlərə riayət edilməsinə nəzarət etmək, işçilərin həyatına və səhhətinə mənfi təsir edən amillərin azaldılmasına nəzarət etmək;
• Ətraf mühitin qorunması barədə cari və gələcək planların hazırlanmasına dair təkliflər hazırlamaq;
• Qabaqcıl texnikanın mənimsənilməsində, yeni texnologiya və avadanlıqların istehsalata tətbiq edilməsində, həmçinin istehsal sahəsinin genişləndirilməsi və yenidənqurma layihələrinin texniki-iqtisadi əsaslandırılmasının ekoloji ekspertizasını aparılmaq;
• Ətraf mühitin çirklənməsi və ətraf mühitə atılan zərərli maddələrin, tullantıların qarşısını almaq, texnoloji tullantıların azaldılması və ya tamamilə ləğv edilməsi, torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübə işlərini aparılmaq;
• Təbiəti mühafizə obyektlərində texnoloji rejiminə əməl olunmasına nəzarət etmək, onların işlərini təhlil etmək, yerləşdiyi ərazidə ətraf mühitin vəziyyətinə, ekoloji standartlara və normativlərə uyğun nəzarət etmək;
• Təhvil-təslim sənədlərinin düzgün rəsmiləşdirilməsində iştirak etmək. İstehsalat və əmək intizamına, təhlükəsizlik texnikasına, əməyin mühafizəsi və istehsalat sanitariyası, ətraf mühitin qorunması qaydalarına riayət etmək.
Bilməlidir • Tullantıların idarə olunması üzrə elmi-nəzəri əsaslanmış biliklərin mənimsənilməsi və tətbiqi sahəsində müasir texnologiyalar barədə məlumatların əldə edilməsini;
• Layihə çərçivəsində xarici şirkətlərlə əlaqənin yaradılmasında aparılan yazışmaların təmin edilməsini və ingilis dilində olan materialların tərcümə edilməsini;
• Qabaqcıl texnologiyanın mənimsənilməsində, istehsalatda yeni texnologiya və avadanlıqların tətbiq edilməsində, həmçinin istehsal sahəsinin genişləndirilməsi və yenidənqurma layihələrinin texniki-iqtisadi əsaslandırmasını;
• Ətraf mühitin çirklənməsində tullantıların qarşısının alınmasını, tullantıların azaldılması və ya tamamilə ləğv edilməsini, torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübə işlərinin araşdırılmasını;
• Hesabatların hazırlanmasını.
Tələb olunan digər bilik və bacarıqlar 1. İngilis dilini bilənlərə üstünlük verilir.
2. Əməyin ödənilməsi dərəcəsi namizədin nəzəri və praktiki biliklərinə əsasən müsabiqənin nəticələrinə görə müəyyən edilir.
Son müraciət tarixi 10.06.2014
Müraciət üçün link: http://careers.socar.az/ApplyVac?Vid=6537
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın