Vakansiya! Bankdan Nərimanov filialı üçün işçi ela

Tələsin, müraciət tarixinə az vaxt qalıb...
JOB TITLE: Nəzarətçi
EMPLOYER: Demir Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2014-06-05 LAST UPDATED: 2014-06-05 DEADLINE: 2014-06-11
DəmirBank ASC Nərimanov filialına Nəzarətçi vəzifəsinə işəqəbul elan edir.
İşin təsviri:
Filialın müştəri əməliyyatlarının normativ sənədlərə uyğunluğuna nəzarət etmək;
Məsul icraçılar üzrə dövriyyə qalıq cədvəllərinin düzgünlüyünə nəzarət etmək;
Filialda açılmış hesabların normativ sənədlərə uyğunluğuna nəzarət və təsdiqinin etmək;
Filialın möhür və ştamplarının işçilərə təhkim olunmasına nəzarət etmək;
Filial büdcəsinin tərtib edilməsində iştirak etmək;
Kredit əməliyyatlarının uçotuna nəzarət etmək;
Əmanətlərin qəbulu və qaytarılması, faizlərin ödənilməsi üzrə sənədləşmələrin və uçot işinin düzgün aparılmasına nəzarət etmək;
Filialda kassa əməliyyatlarına nəzarət etmək;
Bank günü ərzində sənədlərin Bank proqramında düzgün yığılmasına nəzarət, balans proqramında yığılmış əməliyyatların təsdiqlənməsini həyata keçirmək;
Bankomatların inkassasiyasında bilavasitə iştirak etmək;
Filalın günün sənədlərinin tikilməsinə, biznes əməkdaş qovluğunun arxivləşdirilməsi və saxlanmasını həyata keçirmək;
Balansdankənar hesablara nəzarət etmək;
90 gündən çox faizləri hesablanmayan statusa aid edilmiş kreditlərin faizlərinə gündəlik nəzarət (hesablanması və ödənilməsi) etmək;
Balansdan silinmiş ümidsiz borclara, vergi sərəncamlarının və verilmiş kreditlərə görə götürülmüş girovların uçotuna nəzarət etmək;
Bank sirrinin qorunmasını təmin edir, bankdaxili korporativ davranış standartlarına və etik normalara riayət etmək, daim bankın imic və mənafeyini qorumaq;
Bankdaxili iş rejiminə riayət etmək, həvalə olunmuş sahə üzrə filialdaxili sənəd dövriyyəsini həyata keçirmək;
Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank
ödəniş sistemində yığımının ön ofisdə vaxtında həyata keçirilməsinə nəzarət etmək;
Müştərilərə xidmətlə əlaqədar gecikmə baş verdikdə, əməliyyat sənədlərini reyestrlə müştəri xidməti işçisindən qəbul etmək, Bank ödəniş sistemində yığımını həyata keçirmək;
Müştərilərin eyniləşdirilməsi məqsədilə anketləşdirilməyə nəzarət etmək;
Namizədə qarşı tələblər:
Ali iqtisadi təhsil;
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 iyun 2014-cü il tarixinədək
[email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Nəzarətçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın