Hansı Nazirliyə öz işçilərin əmək haqqına artım etmək səlahiyyəti verildi?

Xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə biləcək
"Qafqazinfo"nun məlumatına görə, Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, Nazirlər Kabineti bununla bağlı "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarında dəyişiklik edib.
Dəyişiklik polis əməkdaşlarının vəzifə maaşlarına əlavələrin nə vaxt edilməsi ilə bağlıdır.
Yeni qərara əsasən, Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin polis əməkdaşlarına əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla nə vaxt əlavələr təyin etmək səlahiyyətinə aydınlıq gətirilib.
Belə ki, DİN rəhbərliyi bundan sonra artıq hər ay polis əməkdaşlarına əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə biləcək.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın