Vakansiya!FINCA Azerbaijan-nın baş ofisində çalışmaq imkanı

Vaxtaşırı Azərbaycanın digər bölgələrinə səyahət etmək mümkünlüyü olmalıdır
JOB TITLE: Marketinq İşçisi
EMPLOYER: FINCA Azerbaijan DUTY STATION: Azerbaijan
PUBLISHED: 2014-06-02 LAST UPDATED: N/A DEADLINE: 2014-06-11
İş Elanı №323/14
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün MARKETİNQ İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir. “FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Məqsəd:
Marketinq İşçisi davamlı olaraq FINCA-nın reklam ehtiyaclarının araşdırılması, reklam vasitələrinin hazırlanması və inkişaf etdirilməsi, təşviqat materialına olan ehtiyacın müəyyən edilməsi, sifarişi və digər işlərin yerinə yetirilməsinə cavabdeh olacaqdır. Marketinq üzrə İşçi Marketinq İşçi Qrupu ilə yaxından əməkdaşlıq edərək Marketinq Şöbəsinin Menecerinə “FINCA Azerbaijan”-ın marketinq strategiyasını və marketinq büdcəsini hazırlamaq və həyata keçirməkdə köməklik göstərməlidir. Marketinq üzrə İşçi “FINCA Azerbaijan”-ın nüfuzunun artırılması və müştəri əhatəsinin genişləndirilməsi üçün digər şöbələr ilə səmərəli əməkdaşlıqlar quracaqdır.
İş Öhdəlikləri:
• Çöl, televiziya və radio reklamları daxil olmaqla, reklam və marketinq materiallarının hazırlanması və yayınlanmasının təmin edilməsi;
• Müxtəlif çap materiallarının hazırlanması və sifarişi;
• Müxtəlif bazar araşdırmalarının aparılması;
• Müxtəlif statistik məlumatların hazırlanması;
• Müxtəlif layihələrin icra olunmasına dəstək verilməsi;
• FINCA web səhifəsində və digər yerlərdə online reklam vasitələrində istifadə edilməsi;
• Təşviqat materiallarının ehtiyacının müəyyən edilməsi, sifarişi və paylanmasının təşkili;
Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:
• Ali təhsil (marketinq, kommunikasiya və ya aidiyyatı olan sahə arzuolunandır);
• Marketinq, reklam və araşdırma sahəsində təcrübə;
• Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
• Analiz və təşkilati bacarıqlar;
• Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda üzvlüyü;
• Vaxtaşırı Azərbaycanın digər bölgələrinə səyahət etmək mümkünlüyü;
• Qrafik dizayn proqramlarını bilənlərə üstünlük verilir.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 11 İyun 2014-cü il tarixindən gec olmamaq şərtilə
[email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№323/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 858687;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə: jobsearch.az
İmtahan gününə qədər VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014-ə kitabına böyük endirim
Hal-hazırda qiyməti 15 manat olan kitabı 03 iyun 2014-cü il tarixə qədər 10 MANATA əldə edə bilərsiniz. Qeyd edək ki, kitabın uzərində bonus olaraq verilən CD-də vergi qanunvericiliyinə aid 50-ə yaxın qanunvercilik aktı yerləşdirilib.Bundan əlavə , kitabda vergi imtahanlarda rast gəlinə biləcək 50-ə yaxın aktual sualın cavabı da yerləşdirilib. Kitabın istənilən ünvana çatdırılması (regionlar da daxil olmaqla) ödənişsiz olaraq həyata keçirilir. Kitabı əldə etmək üçün 012-437-32-67 veya 050-265-72-65 sayli telefonlara zəng etmək və ya öz əlaqə nömrənizi [email protected] göndərməklə əldə edə bilərsiniz.
Kitabın mündəricatının linki: http://mks.az/files/mundericat_VQT2014.pdf
0 Komment
Şərh yazın