
Rayon qeydiyyatında olan şəxs Bakıda "ASAN xidmət"dən istifadə edə bilər?
"ASAN Xidmət" mərkəzlərinin əhatə etdiyi regionlar haqıqnda məlumat (SİYAHI)
1 saylı Bakı "ASAN xidmət " mərkəzi Akademik Həsən Əliyev küç., 36 ünvanında yerləşir. 2 saylı "ASAN xidmət" mərkəzinin Xətai filialı Nobel pr.23.,"AMAY" ticarət mərkəzinin 2-ci mərtəbəsində yerləşir. 3 saylı Yasamal "ASAN xidmət" mərkəzi A.M. Şərifzadə küç., 39 ünvanında yerləşir. 4 saylı Sabunçu "ASAN xidmət mərkəzi Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küç, 8A ünvanında yerləşir. Əgər qeydiyyat Bakı şəhərinədirsə, qeyd edilən ünvanlardan birinə müraciət edə bilərsiniz. Sumqayıt şəhəri 15-ci məhəllə , Bakı küç, 42 D ünvanında yerləşən Sumqayıt "ASAN xidmət" mərkəzinə isə Sumqayıt şəhəri, Abşeron, Xızı, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şamaxı, Qobustan və Şabran rayonlarında qeydiyyatda olan vətəndaşlar müraciət edə bilərlər. H.Əliyev pros. 87A ünvanında yerləşən
Gəncə "ASAN xidmət" mərkəzində Gəncə, Şəmkir, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Samux, Xocalı, Kəlbəcər, Naftalan rayonunda qeydiyyatda olan vətəndaşların müraciətlərinə baxılır.
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 30 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın