Regionlarda iş axtarlar üçün ŞAD XƏBƏR

Regionlarda iş axtarlar üçün ŞAD XƏBƏR

Mayın ayinın sonunadək hansı rayonlarda işə tapmaq imkanı olacaq?
 
May ayının sonunadək Naftalan şəhərində, Yardımlı, Qobustan və Şəki rayonlarında əmək yarmarkaları keçiriləcək.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “APA-Economics”ə verilən məlumata görə, hazırda həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən işəgötürənlərdən boş (vakant) iş yerləri barədə məlumatlar toplanır.
 
Tədbirlərdə ayrı-ayrı iş axtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi də təmin olunacaq.
 
Qeyd edək ki, əmək yarmarkaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunur.
 
Xatırladaq ki, cari ildə bölgələr üzrə Şəmkir və İsmayıllı rayonlarında əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 233 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 15 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı – Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67  050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər