Vakansiya! İctimai Əlaqələr (PR) üzrə mütəxəssis

Vakansiya! İctimai Əlaqələr (PR) üzrə mütəxəssis

Əmək haqqı – 900-1100 AZN
 
JOB TITLE: İctimai Əlaqələr (PR) üzrə mütəxəssis
EMPLOYER: CyberNet DUTY STATION: Azerbaijan
PUBLISHED: 2014-05-12 LAST UPDATED: N/A DEADLINE: 2014-06-11
 
Vəzifə: İctimai Əlaqələr (PR) üzrə mütəxəssis
 
Vəzifə öhdəlikləri:
 
• Kütləvi İnformasiya Vasitələri ilə əlaqələr strategiyasının tərtib olunması, şirkət, onun xidmət və məhsulları haqqında məlumatın yerləşdirilməsi üçün daha da əlverişli mənbələrin müəyyən edilməsi
• İctimai Əlaqələr üzrə layihə və tədbirlərin tərtib və idarə olunması (təqdimat mərasimləri, sərgilər, konfranslar, və s.): büdcənin planlaşdırılması, tədbirlərin təşkili, layihə çərçivəsində sənədlərin hazırlanması və onun nəticələri əsasında yekun məruzənin tərtib olunması, və s.
• Məqalələrin, press-relizlərin, mətbuat konfransları və təqdimatlar üçün materialların hazırlanması
• İctimai əlaqələr üzrə nəticələrin monitorinqi və təhlili
• Şirkətin xarici imici haqqında məlumatın toplanması
• Podratçılarla işin təşkili (reklam şirkətləri, dizayn studiyalar, konfrans xidmətlər və s.)
• Şirkətin internet səhifəsinin monitorinqi və məlumat dəstəyi
• Şirkətin strategiyasının social şəbəkələrdə həyata keçirilməsi
• Reklam və məlumat xarakterli materialların, poliqrafiyanın tərtibi və çapa nəzarət
• Şirkətin cari strategiyasından asılı olaraq, yeni kanal və PR alətlərdən istifadə edərək, yeni hədəf auditoriyanın cəlb olunması
 
Namizədlərə qarşı irəli sürülən tələblər:
 
• Ali təhsil (marketinq, reklam, ictimai əlaqər və  jurnalistika sahəsində təhsili olan namizədlərə üstünlük verilir)
• PR sahəsində 3-5 il iş təcrübəsi (İT və yüksək texnologiyalar sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir)
• Sosial şəbəkə və bloqlarda səhifələrin idarəetmə təcrübəsi
• Dil bilikləri: Azərbaycan və Rus dilləri - mükəmməl səviyyədə, İngilis dili orta səviyyədə
• Kreativlik, təşəbbüskarlıq, innovativ yanaşma
• Təşkilati bacarığlar
• Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığları
• Reklam və məlumat xarakteri daşıyan məqalələrin yazılması qabiliyyəti
 
İş şərtləri və şəraiti:
 
• Aylıq əmək haqqı – 900-1100 AZN
• Yekün nəticələrə əsasən illik bonusların ödənilməsi
• İş qrafiki: Bazar ertəsi – Cümə günləri saat 9:00 - 18:00
• Sosial paket: tibbi sığorta, mobil rabitənin ödənilməsi
 
Namizədlər öz ərizə formalarını (CV) “PR mütəxəssis” mövzusu altında [email protected]  elekton ünvanına göndərə bilərlər
 
Mənbə: jobsearch.az
 

“Monitor Konsaltinq” jurnalı –  aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal

Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov,  Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.

"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.

Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya  [email protected]  email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər