Vakansiya! Yapı Kredi Bank analitik və strateji zəkaya malik olanları işə dəvət edir

Vakansiya! Yapı Kredi Bank analitik və strateji zəkaya malik olanları işə dəvət edir

Marketinq, İqtisadiyyat, Biznesin idarəedilməsi üzrə ali təhsil önəmlidir

 

Marketinq üzrə mütəxəssis

Tələblər:

• Marketinq, İqtisadiyyat, Biznesin idarəedilməsi üzrə ali təhsil;
• Bank sahəsində ən az 2 il təcrübəyə malik olmalı (Marketinq, filial və/vəya kredit prosesslərində təcrübəyə malik);
• Yüksək dərəcədə maliyyə hesablamaları aparmaq qabiliyyəti;
• Analitik və strateji zəkaya malik olmalı;
• Yüksək səviyyədə ingilis dili biliyi;
• Problemlərin həlli və effektiv ünsiyyət bacarığı;
• MS Office proqramları biliyi.

Əsas iş funksiyaları:

Yapı Kredi Bank Azərbaycan QSC-nin  Fərdi Bankçılıq nəzdində mövcud 

və inkişaf etdiriləcək bütün məhsullar (İstehlak Kreditləri, depozit məhsulları, pul köçürmələri və s.) ilə əlaqədar:

• Mövcud məhsul və xidmətlərin idarə edilməsi çərçivəsində qiymətləndirmə, tətbiq etmə   dəyişiklikləri, mətbəə sənədləşmə (form, müqavilə... və b.) məhsul kataloqları, sistem tanımları ... və b. yeniləyərək, şöbələrə və əlaqəli bütün İdarə Heyəti nümayəndələrinə elan edilməsi və mənimsənilməsinin həyata keçirilməsi;
• Bank strategiyalarının, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin, prosedurların ətraflı yazılması, əlaqəli bütün İdarə Heyəti nümayəndələri, Üçüncü Tərəflər və Şöbələrlə koordinasiyalı çalışaraq mənimsənilməsinin həyata keçirilməsi;
• Yeni məhsul/xidmətlərin inkişaf etdirilməsi, eyni zamanda mövcud məhsul/xidmətlərin yaxşılaşdırılması istiqamətində vergi, hüquqi və sistemsal çatışmamazlıqların aşkarı, bu çatışmamazlıqların aradan götürülməsi üçün ətraflı sistem analizlərinin hazırlanması və İT Şöbəsi başda olmaqla əlaqəli bütün İdarə Heyəti nümayəndələri ilə qərarlaşdırılmış işlərin həyata keçirilməsi;
• Həm mövcud həm də yeni məhsul və xidmətlərlə əlaqədar şöbə xarici satış kanallarına (İnternet, Telefon Mərkəzi, ATM, SMS, Mobil, əmlak agentlikləri, web portalları və s.) aid strategiyaların hazırlanması, həyata keçirilməsi, performans təqibləri, analizi və hesabatı.

CV-nizi göstərilən e-ünvana göndərin: [email protected]

Mənbə: jobsearch.az

 

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur. 

0 Komment

    Şərh yazın

    Xəbərlər