Vakansiya!Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti olanlar üçün İŞ TƏKLİFİ

Vakansiya!Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti olanlar üçün İŞ TƏKLİFİ

“UNIVERSAL AZ” MMC-dən Satıcı- Məsləhətçisi üzrə elan

İşəgötürən - “UNIVERSAL AZ” MMC

Vəzifə -Satıcı- Məsləhətçi

Vəzifənin təsviri:

Universal Az şirkəti pərakəndə satış şöbəsinin mağaza bölümünə Satıcı – Məsləhətçi vakansiyası üzrə müsabiqə elan edir. Şirkət tikinti avadanlıqları satışı üzrə ixtisaslaşmışdır.

Satıcı – Məsləhətçilərin vəzifə öhdəlikləri aşağıdakılardan ibarətdir:

• Müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq və təmin etmək
• Müştərini gülərüzlə qarşılamaq, ona mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis xidmətləri haqqında ətraflı məlumat vermək
• Müştərinin ehtiyacını öyrənmək və ona uyğun bölməyə istiqamətləndirmək


• Müştəriyə seçim etməkdə kömək etmək, onun tələblərini qarşılayacağı məhsulları göstərmək və onlar haqqında məlumat vermək
• Məhsulun funksiyası, texniki göstəriciləri ilə tanış etmək

Vəzifəyə olan tələblər:

Təhsil: Ali
Dil bilikləri: Azərbaycan Dili, Rus dili (Ingilis dili biliyi üstünlükdür)
Kompüter bilikləri: Ofis Proqramları (1C üstünlükdür)
İş təcrübəsi: minimum 1il (üstünlükdür)

Satış bacarıqları:

- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti
- Dəqiq və işinə qarşı məsuliyyətli olmaq
- Problemləri həll etmə bacarığı
- Komanda şəklində işləmək qabiliyyəti
- Müştərilər tərəfindən gələcək etirazları səbrlə dinləmək və qarşılamaq qabiliyyəti
- Müştərini qazanmaq qabiliyyəti

Vəzifə ilə maraqlandığınız təqdirdə CV-lərinizi və ya istək məktubunuzu hr@universalmakina.az ünvanına göndərməyiniz xahiş olunur.  

Mənbə: jobsearch.az

 

VERGİ QANUNVERİCİLİYİ TOPLUSU 2014

“Monitor Konsaltinq Servis” MMC  yeni nəşrini oxucuların istifadəsinə verib: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• 2014-cü il üzrə iş norması və istehsalat təqvimi

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.), İnzabati və Cinayət Məcəlləsindən çıxarışlar;

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini office@mks.az  adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər