Vakansiya! Azersun Holdinqdən iş elanı

Vakansiya! Azersun Holdinqdən iş elanı

JOB TITLE: Məhsul Araşdirma və İnkişaf Etdirmə Mütəxəssisi
EMPLOYER: Azersun Holding     DUTY STATION: Azerbaijan
PUBLISHED: 2014-04-04     LAST UPDATED: N/A     DEADLINE: 2014-05-02

MƏHSUL ARAŞDIRMA VƏ İNKİŞAF ETDİRMƏ (ArGe) MÜTƏXƏSSİSİ



1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.
Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq  Məhsul Araşdirma və İnkişaf Etdirmə Mütəxəssisi vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

- Yeni məhsul üzrə araşdırmaların aparılması;
- Məhsul reseptlərinin hazırlanması;
- Mövcud məhsulların inkişaf etdirilməsi üçün araşdırmaların aparılması;
- Sınaq istehsallarının planlanması.

Əsas tələblər:

- Kimya mühəndisliyi və ya kimya üzrə ali təhsil (magistr dərəcəsi olan şəxslərə üstünlük veriləcəkdir)
- Kağız sənayesi məhsullarının laborator analizləri üzrə minimum 2 illik iş təcrübəsi;
- Rus və ingilis dillərini ən az orta səviyyədə bilməli (beynəlxalq yazışmalar və danışıqlar üçün);
- Səyyahətlərlə bağlı problem olmamalı;
- Laboratoriya analiz metodlarını bilməli;
- B kategoriyalı sürücülük vəsiqəsi;
- Ofis proqramları bilməlidir (MS Word, MS Excel).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 01.05.2014  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Məhsul Araşdirma və İnkişaf Etdirmə Mütəxəssisi”) qeyd olunmalıdır.

*Azərsun Holdinq haqqında ətraflı məlumatı  www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

 

 

Mənbə:jobsearch.az

 

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik..

0 Komment

    Şərh yazın

    Xəbərlər