
Havalar barəsində bədbin proqnoz
Temperaturun kəskin şəkildə - 10-14 dərəcə enəcəyi gözlənilir
Azərbaycanda hava soyuyacaq, temperatur kəskin şəkildə - 14 dərəcə enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildirilib ki, martın 29-da ölkə əarzisində cənub küləyinin güclənməsi, temperatur rejiminin isə nisbətən yüksəlməsinə baxmayaraq, martın 29-dan 30-a keçən gecədən başlayaraq, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə şiddətlənəcəyi və temperaturun kəskin şəkildə - 10-14 dərəcə enəcəyi gözlənilir.
Martın 29-da axşam respubliaknın bəzi şimal və qərb rayonlarında, martın 30-da isə əskər xrayonlarında hava şəraitinin yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi qar yağacağı gözlənilir.
Martın 28-də prosesin gedişatından asılı olaraq, bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək
“Monitor Konsaltinq” jurnalı – aylıq iqtisadi xəbərləri və maraqlı sualları özünə cəmləşdirən jurnal
Jurnalda vergi, əmək, sosial qanunvericilikdə baş verən dəyişikliklər operativ olaraq ekspertlərimiz tərəfindən təhlil edilir. Bundan əlavə, jurnalımızın eksperti, sərbəst auditor Altay Cəfərov, Amerikalı psixoloq Susan McAninch və Dövlət Əmək Müfəttişliyinin ekspertləri oxucuları maraqlandıran sualları cavablandırırlar.
"Monitor Konsaltinq" jurnalının illik abunə haqqı 50 manatdır. Həmin qiymətə jurnalın 12 sayının operativ surətdə istənilən ünvana çatdırılması da daxildir. 25 manat ödəməklə jurnalın 6 sayını da əldə edə bilərsiniz.
Regionlar üçün abunənin şərtləri eynidir. Jurnala abunə olmaq üçün 012-437-32-67 və ya 050-265-72-65 saylı telefonla və ya [email protected] email adresinə istəyinizi bildirməyinizi xahiş edirik.
0 Komment
Şərh yazın