Vakansiya! Gəncədə əməliyyat bölməsinə çalışmaq imkanı

Vakansiya! Gəncədə əməliyyat bölməsinə çalışmaq imkanı


Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı olmalıdır

Əməliyyat bölməsinin mütəxəssisi

Category: - Банковское дело

SubCategory: - Лизинг
Qafqaz Lizinq - Гянджа
17 марта / 17 апреля
Contact Email: [email protected]



Объявление вакансии доступно только на азербайджанском языке. Чтобы рассмотреть объявление вакансии, пожалуйста щелкните cсылку или щелкните Языковой флаг.

“Qafqaz Lizinq” ASC iqtisadiyyatın müxtəlif sahələrin inkişaf etdirilməsi üçün Lizinq xidmətləri təqdim edir. Fəaliyyəti nəticəsində “Qafqaz Lizinq” ASC mikromaliyyə və lizinq sektorunun mühüm iştirakçısına çevrilmişdir. Şirkət 2008-ci ildən etibarən Azərbaycan Lizinq Assosiasiyasının üzvüdür.

Hal-hazırda “Qafqaz Lizinq” ASC Gəncə şəhərində yerləşən filialı üçün Əməliyyat bölməsinin mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Əsas vəzifə və öhdəliklər:

    Lizinq müqavilələrinin şirkətin Daxili qaydalarına uyğun rəsmiləşdirilməsinin yoxlanılması;
    Müştəri haqqında məlumatların və lizinq müqaviləsi şərtlərinin əməliyyat proqramına düzgün daxil edilməsinin yoxlanılması;
    Lizinq müqavilələrində müvafiq imzaların və tələb olunan yerlərdə möhürün mövcudluğunun yoxlanılması;
    Nöqsanların aradan qaldırılmasının tələb və təmin edilməsi;
    Lizinq müqavilələrinin və müqavilə ilə bağlı digər sənədlərin Arxivə təhvil verilməsi;
    Əməliyyat şöbəsi və ya bölməsinin işi ilə bağlı digər işlər.

Tələb olunan keyfiyyətlər:

    İş yeri: Gəncə şəhəri
    Ali təhsil (idarəetmə, maliyyə, biznes və s. iqtisadi sahələr üzrə);
    İş təcrübəsi mütləq deyil, lakin müvafiq sahədə iş təcrübəsi olanlara üstünlük veriləcək;
    Azərbaycan dilində sərbəst danışmaq və yazmaq, (Rus dili arzuolunandır);
    Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
    Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
    Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin adını (Əməliyyat bölməsinin mütəxəssisi, “Gəncə” filialı)  qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:
Ünvan: Bakı şəh., Binəqədi şossesi 168B
Tel: (99412) 991

“Qafqaz Lizinq” ASC haqqında ətraflı məlumatı www.qafqazleasing.com web səhifəsindən əldə edə bilərsiniz.

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik..

0 Komment

    Şərh yazın

    Xəbərlər