
Vakansiya! Bank sektorunda çalışmaq istəyənlər üçün elan
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilməli
Vəzifə: Müdir (Masallı filialı)
İşə götürən: DəmirBank ASC
İşin təsviri:
• Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin, Bankın siyasətinin, bankdaxili qayda, təlimat və prosedurların tələbləri əsas götürülməklə, filialın fəaliyyətinə rəhbərliyin edilməsi;
• Yeni müştərilərin filiala cəlb olunmasını, yüksək keyfiyyətli xidmət göstərilməsinin təşkil edilməsi;
• Filialın təsdiq edilmiş satış planının icrasını, filialın dinamik inkişafını və rentabelli işləməsinin təmin edilməsi;
• Filialda olan risklərin idarə edilməsi;
• Filialda Bankın ümumi daxili iş rejiminə riayət olunmasının təmin edilməsi;
• Müştərilərə bank biznes standartları daxilində yüksək keyfiyyətlə xidmət göstərilməsinin təmin edilməsi;
• Filialda nağd və nağdsız əməliyyatların qanunvericiliyin və bankdaxili normativ sənədlərin tələblərinə uyğun aparılması;
• Bankın Kredit siyasətinin filialda həyata keçirilməsinin təmin edilməsi;
• Problemli kreditlər yaranmasının qarşısının alınması üçün vaxtında bütün qabaqlayıcı tədbirlərin görülməsi;
• Filialda mühasibat uçotunun təşkili və aparılmasını, Bankın uçot siyasətinin tələblərinin bütün işçilər tərəfindən yerinə yetirilməsinin təmin edilməsi;
• Banka və eləcə də, kənar təşkilatlara (Mərkəzi Bankın Ərazi İdarəsi, yerli statistika idarəsi, yerli icra orqanları) təqdim olunması tələb edilən hesabatların vaxtında hazırlanmasının və təqdim edilməsinin təmin edilməsi;
• Filial işçilərinin iş fəaliyyətinə nəzarət edilməsi;
• Filialda marketinq işinin və tədbirlərinin həyata keçirilməsinin təmin edilməsi;
Namizədə qarşı tələblər:
• Ali təhsilin olması;
• Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilməli;
• Ali iqtisadi və ya hüquqi təhsilin və bank sistemində azı 2 illik iş stajının olması, yaxud ali təhsilin və bank sistemində azı 4 illik iş stajının olması;
• İşində dəqiq, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmaq kimi bacarıqlara sahib olması;
• Yüksək səviyyədə idarəetmə qabiliyyətinin olması.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 mart 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Masallı filialına müdir) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə:jobsearch.az
“Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabı– Əlavə dəyər vergisi ilə bağlı bütün məlumatlar və müxabirləşmələr
Monitor Konsaltinq Servisin eksperti sərbəst Auditor Altay Cəfərovla hazırladığı yeni nəşr olana - “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabının nəşrə hazırlanması prosesində vergi ödəyicilərinin ƏDV ilə bağlı əməliyyatların həyata keçirilməsində qarşılaşdıqları çətinliklər, qanunvericilikdəki boşluqlar və ziddiyyətlər diqqətlə öyrənilib və onların geniş şərhinə əsaslanan sadə açıqlamalarla çıxış yolları göstərilib.
İnanırıq ki, “Əlavə Dəyər Vergisi: A-dan Z-yə” kitabını oxuyandan sonra bu mövzuda sualınız qalmayacaq.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın