ƏLA ŞANS! Kadrlar üzrə mütəxəssis (HR) işinin peşəkarı olmaq istəyənlər üçün TƏDRIS KURSU

ƏLA ŞANS! Kadrlar üzrə mütəxəssis (HR) işinin peşəkarı olmaq istəyənlər üçün TƏDRIS KURSU

 “Əmək müqaviləsi: A-dan Z-yə”  kursunda hansı dərslər tədris olunacaq və iştirakçılara çap və elektron formada materiallar veriləcək?

Azərbaycanda rekorda imza ataraq 4 dəfə təkrar nəşr olunan “Əmək Münasibətləri: A-dan Z-yə” kitabının müəllifi, “Monitor Konsaltinq” jurnalının eksperti, sərbəst auditor Altay Cəfərovun “Əmək müqaviləsi: A-dan Z-yə” tədris kursuna start verildi.
Tədris olunacaq mövzular:
- İşçinin işə qəbul olunması prosedurları, Əmək müqaviləsi haqqında anlayış, tələb olunan sənədlər (əmək kitabçası, sosial sığorta şəhadətnaməsi, tibbi arayış və s.) haqqında məlumat;
- Əmək müqaviləsində nəzərdə tutulan şərtlər (əmək funksiyası, əməkhaqqı,  əməyin mühafizəsi, iş və istirahət vaxtı, məzuniyyət, müavinət və s.) haqqında məlumat;
-  Əvəzçiliklə həyata keçirilən işlər zamanı əmək müqaviləsinin şərtləri və mütləq gözlənilməli tələblər;
- Əmək müqaviləsi bildirişi, Əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri;
- Əmək müqaviləsinə xitam verilməsinin əsasları;

- Əmək müqaviləsi ilə bağlı diqqət yetirəsi incəliklər haqqında məlumat;

- Yeni dəyişikliklər nəzərə alınmaqla Əmək müqaviləsinin bağlanmamasına görə cərimələr və  işəgötürənin cinayət məsuliyyəti haqqında geniş məlumat.


Tədrisin sonunda veriləcək materiallar (çap və elektron formada):
• Əmək Məcəlləsinə dəyişiklikdən sonra hazırlanan YENİ əmək müqaviləsinin nümünəvi forması;
• Əmək kitabçasının doldurulması qaydası;
• Sosial sığorta şəhadətnaməsi ərizəsinin doldurulması qaydası;
• Maddi məsuliyyət müqaviləsinin nümunəvi forması;
• Tabel uçotu və ştat çədvəlinin nümunəvi forması;
• Əmək müqaviləsi ilə bağlı 10-dan çox ərizə və əmrin nümunəvi forması.

Kurs 2 həftə davam edəcək. Dərslər hər biri 90 dəqiqə olmaqla həftədə 2 dəfə keçiriləcək. Daha ətraflı məlumatı [email protected] email ünvanına yazmaqla və ya 012-437-32-67 saylı və ya 050-265-72-65 saylı nömrələrə zəng etməklə öyrənə bilərsiniz.
Kursun sonunda iştirakçıların öyrəndikləri biliklər qiymətləndiriləcək və onlara sertifikatlar təqdim olunacaq.

0 Komment

    Şərh yazın

    Xəbərlər