Vakansiya! AZERSUN-dan 20-35 yaş aralığında xanımlar üçün iş elanı

Vakansiya! AZERSUN-dan 20-35 yaş aralığında xanımlar üçün iş elanı

 İşçi Park Bulvar Ticarət Mərkəzində işləyəcək

Vəzifə: Satıcı-konsultant
İşə götürən: Azersun Holding

 
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir.

“Azərsun Holding” MMC sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
 
Azərsun Holdinq  “Satıcı-konsultant” vəzifəsi ilə bağlı vakansiyanı açıq elan edir.  
 
İş haqqında məlumat:

 Malların  qəbul edilməsi;
 Müştəri xidmətinin yüksək səviyyədə təmin edilməsi;
 Müştərilərə mal seçimində köməklik göstərilməsi;
 Satış salonunda səliqənin saxlanılması;
 İşçi Park Bulvar Ticarət Mərkəzinin 1-ci mərtəbəsində yerləşən “Van Laack” butiki üçün tələb olunur.
 
Əsas tələblər:

 20-35 yaş aralığında xanım olmalı;
 Geyim satışı sahəsində ən azı 1 il iş təcrübəsi olmalı;
 Ən azı orta məktəb və ya  litsey məzunu olmalı;
 Rus dilini -əla, ingilis dilini isə müştəri ilə ünsiyyət qura biləcək səviyyədə bilməli;
 Komputer proqramlarından ilkin anlayışı olmalı;
 Xoş görkəmli, səliqəli olmalıdır.
 
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 20.03.2014 tarixinədək [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Satıcı-konsultant”) qeyd olunmalıdır.
 
*Azərsun Holdinq haqqında ətraflı məlumatı www.azersun.com web səhifəsindən əldə edə bilərsiniz.

Mənbə:jobsearch.az

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik..

--------------------------------------------------------------------------------------------------------------------

 

0 Komment

    Şərh yazın

    Xəbərlər