Mərkəzi Bankdan "Bank of Baku" ilə bağlı açıqlama

Mərkəzi Bankdan "Bank of Baku" ilə bağlı açıqlama

Bankın əmanətçiləri və kreditorları üçün xəbər

Son günlərdə bəzi KİV-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən guya «Bank of Baku» ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilir. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Mərkəzi Bankın açıqlanmasında deyilir.
 
AMB rəsmən bəyan edib ki, «Bank of Baku» ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır: «Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur».

 
Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, «Bank of Baku» normal fəaliyyətini davam etdirir: «Bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyil».

“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar

Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir. 

Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65  saylı telefonla bildirməklərini xahiş edirik..

0 Komment

    Şərh yazın

    Xəbərlər