
Vakansiya! Bankda əməliyyatçı işləmək istəyənlər üçün
Ali iqtisadi və ya riyazi təhsil önəmlidir
Əməliyyatçı - xəzinədar
Kateqoriya: - Bank işi / Menecment
Alt kateqoriya: - Müştəri Xidmətləri / Operator / Bank işi
DəmirBank - Other
04 mart / 16 mart
Contact Email: [email protected]
DəmirBank ASC Lənkəran və Masallı filialına Əməliyyatçı-xəzinədar vəzifəsinə işə qəbul elan edir.
İşin təsviri:
Fiziki şəxs olan müştərilərə bank məhsul və xidmətlərinin təqdim etmək;
Sürətli pul köçürmələri üzrə əməliyyatların rəsmiləşdirilməsi, əməliyyatların beynəlxalq ödəniş sistemində icra olunması, iş gününün sonunda ödəniş sistemi üzrə əməliyyat günü üzrə yekun hesabatları hazırlamaq;
Kreditlər üzrə borcların, müəyyən olunmuş limit çərçivəsində müştərilərdən ödənişlərin nəğd qəbulu və balans proqramında yığımının həyata keçirilməsi;
“Şimşək” pul köçürmələri üzrə əməliyyatları aparmaq və həyata keçirilən əməliyyatın sistemdə icrasını təmin etmək;
Cari, əmanət(depozit) hesabı açılması zamanı müraciət edən müştəriyə tələb olunan sənədlərin siyahısını vermək, müştəridən hüquqi sənədlərin yoxlamaq və qəbul etmək;
Əmanət kitabçasında yazılışları aparmaq;
Hesablarında olan vəsaitin konvertasiya edilməsi üçün müştərilərdən sifarişləri qəbul etmək, yoxlamaq və icra etmək;
Müştərilərə məlumat və məsləhət vermək, onlara bank məhsul və xidmətlərini reklam etmək;
Müəyyən olunmuş limit çərçivəsində kassa məxaric sənədlərini imzalamaq, məxaricə icazə vermək;
Müştəri hesabında olan vəsaiti konvertasiya etmək, müştəri tərəfindən tərtib olunan sərəncamların, inkasso tapşırıqlarının qəbulu, onların uçotu, balansdankənar hesablarda uçota alınması və vaxtında icrasını həyata keçirmək;
1 ildən çox əməliyyat aparmayan müştərilərin hesabları bağlamaq, hesab qalıqlarının uçotunu aparmaq;
Müştərilərə bank hesablarının açılmasını həyata keçirmək;
Kredit və əmanət əməliyyatlarının tam sənədləşməsini həyata keçirmək;
Sərəncamların, inkasso tapşırıqlarının qəbuluna, onların uçotu, balansdankənar hesablarda uçota alınmasına və vaxtında icrasına nəzarət etmək;
Müştərilərə çarpaz satışların təqdim etmək;
Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank ödəniş sistemində yığımı, bu sənədlərin Reyestrlə Baş nəzarətçiyə təqdim etmək;
VİP müştərilər barədə Bankın qəbul etdiyi meyarlara uyğun gələn müştərilər haqqında filial müdirini məlumatlandırmaq.
Namizədə qarşı tələblər:
Ali iqtisadi və ya riyazi təhsil;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dilini bilənlərə üstünlük verilir;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 mart 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyatçı-xəzinədar) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə:azerjobs.com
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik..
0 Komment
Şərh yazın