
SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirlidən məqalə
ARDNŞ-yə kənardan işə qəbulla bağlı hamını maraqlandıracaq açıqlama
ARDNŞ-in Baş ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli şirkətdən işdən çıxarılan və onların yenidən işlə təmin olunması ilə bağlı “Dövlət Neft Şirkətində struktur dəyişiklikləri zamani işçilərə münasibət sosial qayği, şəffafliq və ədalətlilik prinsipləri çərçivəsindədir” adlı məqalə yazıb.
“Qafqazinfo” xəbər verir ki, çəqalədə bu günə qədər şirkətdən nə qədər işçinin ixtisar edildiyi, onların harada işlə təmin olunduğu göstərilir. Asif Bəkirli yazır ki, hal-hazırda sərbəstləşən işçilərin işlə təmin edilməsi məqsədilə ARDNŞ-yə kənardan işə qəbul məhdudlaşdırılıb və yaranan vakansiyalar ilk növbədə bu proqrama qoşulmuş işçilərin, bu mümkün olmadıqda isə ştatların ləğvi səbəbi ilə işdən azad edilmiş digər işçilərin hesabına komplektləşdirilməkdədir: “Məhz bu ardıcıllıqla aparılan yerləşdirmələrdən sonra belə boş qalan iş yerləri vakansiya qismində elan edilməkdədir. Bununla yanaşı məsuliyyətlə qeyd etməliyəm ki, ixtisası üzrə müvafiq bilik və səriştəyə malik olan hər bir Azərbaycan Respublikası vətəndaşı müəyyən vaxt çərçivəsində özünü qane edəcək səviyyədə işlə təmin olunma və karyerasını inkişaf etdirmək şansına malikdir.
Yuxarıda izah edilənlərin sübutu kimi qeyd etmək olar ki, aparılmış struktur dəyişiklikləri Şirkətin Geofizika və geologiya İdarəsi üzrə 1475 nəfəri, Neft Kəmərləri İdarəsi üzrə 1022 nəfəri, Sosial İnkişaf İdarəsi üzrə 410 nəfəri, Qaz İxrac İdarəsi üzrə 208 nəfər, “Kompleks Qazma İşləri” tresti üzrə 3866 nəfəri və “Neftqaztikinti” tresti üzrə 289 nəfəri olmaqla ümumilikdə 7270 nəfər işçini əhatə edib. Artıq Geofizika və geologiya İdarəsindən 1354 nəfər, Neft Kəmərləri İdarəsindən 975 nəfər, Sosial İnkişaf İdarəsindən 352 nəfər, Qaz İxrac İdarəsindən 208 nəfər, “Kompleks Qazma İşləri” trestindən 3279 nəfər və “Neftqaztiknti” trestindən 289 nəfər işçi, əvvəl işlədikləri müəssisələrin daxili imkanları hesabına işlə təmin edilib və yeni təşkilati idarəetmə strukturları bu işçilərin hesabına formalaşdırılıb ki, bunların da ümumi sayı 6457 nəfər təşkil edir. 533 nəfər işçi isə (Geofizika və geologiya İdarəsi üzrə 55 nəfər, Neft Kəmərləri İdarəsi üzrə 40 nəfər, Sosial İnkişaf İdarəsi üzrə 12 nəfər və “Kompleks Qazma İşləri” tresti üzrə 426 nəfər) ARDNŞ-nin Azərbaycan Neft-Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əmr-Qərarı ilə onlara yaradılmış imkandan yararlanaraq əmək haqlarının 5 misli məbləğində müavinət alıb. 108 nəfər işçi, o cümlədən Geofizika və geologiya İdarəsindən 23 nəfər, Neft Kəmərləri İdarəsindən 4 nəfər, Sosial İnkişaf İdarəsindən 4 nəfər və “Kompleks Qazma İşləri” trestindən 77 nəfər isə “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi qurumlarının ləğvi nəticəsində sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin olunmasına dair Proqram”a qoşulub. Geofizika və geologiya İdarəsindən 43 nəfər, Neft Kəmərləri İdarəsindən 3 nəfər, Sosial İnkişaf İdarəsindən 42 nəfər və “Kompleks Qazma İşləri” trestindən 84 nəfər olmaqla, cəmi 172 nəfər Proqrama qoşulmaqdan imtina edərək sərbəstləşib”.
“Əmək münasibətləri: A-dan Z-yə” kitabı– Mühasib və HR-lərin stolüstü kitabı
Kitabda işçinin işə qəbulu prosesindən başlayaraq həyata keçirilməsi zəruri olan addımlar - əmək müqaviləsinin bağlanması, əmək kitabçasının açılması, sosial sığorta şəhadətnaməsinin alınması, əmək haqqı, ondan tutulmalar və güzəştlər, məzuniyyətlər və müavinətlər, onların növləri və hesablanması qaydaları, işçilərin və iş yerlərinin attestasiyası, əmək müqaviləsinə xitam verilməsi, bu zaman müavinətlərin hesablanması və hesabatları doldurulması ilə bağlı ətraflı məlumat vermişik.
4-cü təkmilləşdirilmiş nəşrdə biz son üç nəşrdə gözdən qaçan ən xırda incəlikləri belə misalların köməyi ilə şərh etməyə çalışaraq yeni misallar daxil etmişik.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 20 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
--------------------------------------------------------------------------------------------------------------------
11 Komment
Şahin 03 Sentyabr 2021
Salam. 26 yaşım var, 6 illik Kassir operator vəsifəsi üzrə iş təcrübəm var. Maliyyə işi ixtisası üzrə qiyabi təhsil alıram. (Sonucu kursdayam) SOCAR ydm də karyeramı qurmaq istəyirəm.
Huseyin 11 Noyabr 2021
Salam menim 35 yawim var silah istehsalatda 3 il iwlemiwem proqramla idare olunan dezqahlarda ve 1 ilde socarda iwlemiwem 5 ci dereceli operator in socarda karyerami qurmaq isleyirem
rustem rustemzade 25 Noyabr 2021
salam.25 il is tecrubem var.zavod fabriklerde.istesalat avadanliklarinin temirini etmisem.kran vinc.elektron qaynax aparatlari.istesalat avadanlixlari.paylayici sitlerin yigilmasi temiri.istenilen avadanlixlarin temirini edirem.surucu vesiqem var.a.b.c.d.naxcivanda qeydiyatdayam.tel .0604881450.0505544502.54 yasim var.
Dəmirəl Ramazanov 13 Yanvar 2022
Salam men qeza berpadan usda vakansiyasınan ehtiyata düşmüşem mene ne vaxt teklif geler işle bağlı
Kamal qurbanov 25 Yanvar 2022
Salam men sokar daxli xayş edrem kömek edesiz portalna girsemde vakasyalar görmürem
Pervane 12 Aprel 2022
Salam Sokar Wirketinen komey isdeyirem Sizi Xacmaz Rayonunun Xudat Weherinden Yaraliyeva Pervane Xanim Narahat Edir heyetimde gaz liniyasi kecir dűz Planimin Icinden Ev tikilir Yarim Galib Defelerce Xacmaz Qaz Idaresine Polad Melime Soylenilib Baxilmir Xudat qaz idaresine defelerce soylenilib ki ev tikilen planin icinen Gaz Liniyasi kecir Tikinti yarimciq Galib cxarmaq Lazimdir Qezali Vezyetdedir Mubariz Melim Bizden 600 azn pul Teleb Edir Imkansiz Kasib Ayleyik imkanimiz catmir o Meblege Yene Cagirmiwiq gelib 900 azn pul isdeyrki Liniyani yola cxarmaqa heyetden kime muraciyet edek Yardim Edin Xaiw edirik Imkanmiz Catmir ogeder mebleqe 077-761-15-55Tahir Yaraliyev Wikayetci
Ramin 03 May 2022
Salam. Adım Ramindi. Socarda sürücü işində işləmək istəyirəm.Əmək kitabçada 15 İldən cox stajım var.Sürücülük vəsiqəmdə BCDE katiqoriyam var. Bütün növ nəqliyyat vasitələrində işləmişəm. Tır,qoşqulu kamaz,təhlükəli yükləri daşıyan nəqliyyat ,və s.əlaqə nömrəm 070 674 75 56
Orxan 17 İyul 2022
İş axtarıram işsiem dövlet işi ünvan gence
Emil 18 Noyabr 2022
Salam man 2016ci ilin mart ayinin 16sinan suraxani oyl neft sirkatinda masgulluqla failliyyat gosderirem.2il olarki dost mmc ya rasmi isla tamin olundum 278manat emek haqqi aliram sirkata aformut olmaq isdiyirem amma cox cetinliklerle rastlasiram aile durumum cox cetindi sizdan mana komek etmeyinizi xais edirem.
İkram 31 Dekabr 2022
Salam xaiş edirəm kömək edersiniz diplomum var peşə diplomu çilingər təmirçi traktorçu maşinist is təcrübəm yoxdu
Ruslan 01 Fevral 2023
Salam men Ruslan Şireliyev Saleh oglu Men Qobustan regional telim tedris merkezinde Qaz paylayici stansiyanin operatorlug ixtisasin 5-ci derece ile bitirmiwem Ozumde 2-ci Qarabag doyuslerinin iştirakcisiyam sizden xahis ediremki mene komeklik gosteresiniz 5 aydi iwsiz qalmiwam veziyyetimde cox cetindi xahis edirem kimeklik edesiniz
Şərh yazın