Fiziki şəxsin onlayn VÖEN alması ASANlaşıb yoxsa...

Fiziki şəxsin onlayn VÖEN alması ASANlaşıb yoxsa...

Onlayn VÖEN almaq üçün hansı prosedurlardan keçmək lazımdır?

Sual: Salam! Mən onlayın VÖEN almaq istəyirəm. Almaq mümkündürmü? Əgər mümkündürsə alınma qaydasını və nə lazım olduğun mənim elektron poçtuma göndərin zəhmət olmasa.

Müşviq Əliyev İxtiyar

Cavab: Fiziki şəxs kimi fəaliyyət göstərmək istəyidiniz qənaətinə gələrək bildiririk ki, Vergi Məcəlləsinin 33.1-ci və 34.1-ci maddələrinə uyğun olaraq vergi uçotuna dayanmaq üçün fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədin surətini əlavə etməklə “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə” formasını (ərizə formasını səhifəmizin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altmenyusunun “Ərizə və arayış formaları” hissəsində yerləşdirilmişdir) yaşadığı yer üzrə vergi orqanına təqdim etməlidir.

Məlumat üçün bildiririk ki, 2011-ci ilin iyulun 1-dən etibarən fiziki şəxslərin elektron formada vergi uçotuna alınmasının tətbiqinə də başlanılmışdır. Fiziki şəxslərin elektron formada vergi uçotuna alınması www.e-taxes.gov.az İnternet Vergi İdarəsi portalının “Fərdi sahibkarların onlayn qeydiyyatı” bölməsində gücləndirilmiş elektron imza (o cümlədən ASAN imza) ilə aparıla bilər.

Göründüyü kimi, fiziki şəxsin onlayn qeydiyyatı üçün gücləndirilmiş elektron imzanızın olması vacibdir. Bunu nəzərə alaraq bildiririk ki, Siz vergi orqanlarında uçota alınmaq üçün ASAN imza əldə edib “Fərdi sahibkarın onlayn qeydiyyatı” xidmətindən də istifadə edə bilərsiniz.
ASAN imza (Mobil imza) sertifikatını əldə etmək üçün ilk növbədə mobil operatorlardan (hal-hazırda Azercell-dən) ASAN İmzanı dəstəkləyən “Vətəndaş” və ya “Biznes” tipli SİM kart alınmalı, sonra isə, Vergi ödəyicilərinə xidmət mərkəzlərində və ya ASAN Xidmət Mərkəzlərindəki Vergilər Nazirliyinin nümayəndələrinə ərizə və tələb olunan sənədlərlə birlikdə müraciət edərək müqavilə bağlamaqla sertifikat almalısızınız. “Vətəndaş” tipli SİM kart alan şəxs yalnız “Şəxsi” tipli sertifikat ala bilər. Bu sertifikatla yalnız vətəndaş statuslu əməliyyatlar aparılır. Məsələn, İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsində Məktub, Sorğu, Təklif, Ərizə, Şikayət, Təşəkkür göndərə bilər, fiziki şəxsin və yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatını edə bilər, lakin VÖEN aldıqdan sonra VÖEN ilə bağlı heç bir əməliyyat (məs: bəyannamə, elektron vergi hesab-fakturası göndərmək və s.) apara bilməz.
Mobil operatordan əvvəlcə “Vətəndaş” tipli SİM kart alan şəxs sonradan biznes əməliyyatları aparmaq istəyirsə, “Vətəndaş” tipli SİM kartın “Biznes” tipli dublikatını çıxartdırır və ya yeni “Biznes” tipli SİM kart alır. Dublikatın çıxarılması və ya yenisinin alınmasının qiyməti mobil operator tərəfindən müəyyən edilir. Əvvəlcədən “Biznes” tipli SİM kart alan şəxs mobil operatora əlavə ödəniş etmir. Ərizəçiyə “Şəxsi”, “İş”, “Dövlət və bələdiyyə” tipli sertifikatlar çap olunaraq kağız daşıyıcıda verilir. “Autentifikasiya” sertifikatı isə Ərizəçinin adına elektron formada hazırlanır, onun sistemə daxil olmasını təmin edir, lakin çap olunmur. “İş” tipli sertifikat əldə etmək üçün müraciət etmiş şəxslər həmin Asan İmza SİM kartı üzrə “Şəxsi” tipli sertifikat almamışdırsa, ASXM tərəfindən həmin şəxslərə eyni zamanda “Şəxsi” tipli sertifikat da təqdim edilir. Bir Asan İmza SİM kartı üzrə yalnız bir “Şəxsi” tipli sertifikat və qeyri-məhdud sayda “İş” tipli sertifikatlar təqdim edilə bilər.
Mənbə: Vergilər Nazirliyinin rəsmi veb saytı

 

VERGI Q.T

“Monitor Konsaltinq Servis” MMC fevral ayından etibarən yeni nəşrini oxucuların istifadəsinə verəcək: “Vergi Qanunvericiliyi Toplusu – 2014”. Bu nəşri əldə etməklə Siz aşağıdakı məlumatlara sahib olacaqsınız:

• Vergi Məcəlləsi - Əlavə və dəyişiklikdən sonra yekun çap formasında;

• 2013-cü il ərzində Vergi Məcəlləsinə edilən əlavə və dəyişiklik haqqında məlumat və misallarla izah;

• 2014-cü il üzrə iş norması və istehsalat təqvimi

 

• Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu;

• Vergi Qanunvericiliyi ilə bağlı Nazirlər Kabinetinin qərarları, Digər Normativ və Direktiv sənədlər (Konstitutsiya Məhkəməsinin qərarları, Azərbaycan Respublikasının Qanunları və s.), İnzabati və Cinayət Məcəlləsindən çıxarışlar;

• Vergi Məcəlləsi və Vergi qanunvericiliyi ilə bağlı qərarlar- ELEKTRON FORMADA;

• Əmək haqqı kalkulyatoru - Bu kalkulyator vasitəsiylə Siz aylıq əmək haqqılarının (Güzəştli və Güzəştsiz) açıqlamarla hesablamasını.

Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir.. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected]  adressinə göndərməyini və ya 050-265-72-65 və ya 437-32-67 saylı telefonla bildirməyinizi xahiş edirik.

0 Komment

    Şərh yazın

    Xəbərlər