
Vakansiya! Kredit təşkilatından filial müdiri elanı
İqtisadiyyat və menecment üzrə ali təhsil önəmlidir
Kateqoriya: - Bank işi / Menecment
Alt kateqoriya: - Filialın meneceri / Bank işi
Vision Fund AzerCredit - Neftchala
03 mart / 31 mart
Contact Email: [email protected]
“Vijn Fond AzərKredit” MMC Neftchala ofisinə Filial Meneceri axtarır.
Vijn Fond AzərKredit MMC (AzərKredit) kiçik və orta sahibkarlara öz bizneslərini genişləndirmək və iqtisadi vəziyyətlərini inkişaf etdirmək üçün onları kreditlərlə təmin edir ki, bununla da ölkənin iqtisadi inkişafına kömək göstərir. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən böyük mikro-kredit təşkilatlarından biridir. İşəgötürən olaraq AzərKredit, özünün daha uğurlu gələcəyini təmin etmək məqsədi ilə müasir təlimlər, əla işçi atmosferi, işçi bacarıqlarının artırılması vasitəsi ilə özünün insan resurslarına sərmayə yatırır. AzərKredit hazırda Neftchala ofisinə Filial Meneceri axtarır. Xanım namizədləri aktiv olmağa çağırırıq.
Bu vəzifə AzərKredit təşkilatının Neftchala filiallında yerləşəcək və bu vəzifənin məqsədi həmin filialının fəaliyyətini effektiv təmin etməkdir.
Əsas vəzifə və öhdəlikləri:
İdarəetmə sahəsində
Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi
Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət
Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik
Filial portfelinin və müştəri bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik
Xətalı məsələlərin idarə olunmasında cavabdehlilik
Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət
Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi
Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi
Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini əla və effektiv iş səviyyəsinə can atmasına həvəsləndirmək və ruhlandırmaq
Filialın ümumi işi üçün məsuliyyətlilik
Filial ştatına işə götürmə və İşçilərin İllik qiymətləndirmə prosesində iştirak
Tabeçiliyində olan işçilərdən müvafiq hesabatların tələb edilməsi
Rəhbərlik etdiyi filialların vəziyyətinin təhlil edilməsi, hesabat hazırlanması, təkliflərlə çıxış
Yaxşı müştəri xidməti göstərilməsinə həvəsləndirmə üçün bütün işçilər arasında şəxsən nümunə olmaq
Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi
İnzibati işlərinin təşkilində Regional Menecerə yaxından kömək edilməsi
Maliyyə sahəsində:
Filialın effektiv büdcəsini işləmək və planlaşdırmaq
VF AzərKreditin məqsədinin qoyulmasında və maliyyə hədəflərində lehinə fəal iştirak etmək
Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək
Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını yoxlamaq və təsdiqləmək
Nəzarət sahəsində:
Kredit komitələrinin təşkili, sədrlik və nəzarəti
Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq
Müştərinin məlumat cədvəlinə və davamlı kreditlər üçün monitorinq səfərlərinə nəzarət və planlaşdırmaq
Girov əməliyyatlarının yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək
Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək
Digər:
Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək
Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasında lehinə fəal iştirak etmək
Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza və möhürlə təsdiq etmək
Ehtiyac olduqda nümayəndəlikləri monitorinq etmək
Tələb olunanda rəsmi proseslərdə iştirak etmək
Bütün rəftar və hərəkətlərdə nümunəvi iş etikasını, müşahidə olunan dürüstlüyü, şəffaflığı və məxfiliyi saxlamaq
VF AzərKredit mühitində bütün işçi heyəti ilə, müştəri və digər şəxslərlə müsbət münasibətlər saxlamaq
Təşkilatın Strateji Planına uyğun məqsədlərin əldə olunmasına nail olmaq
Tələb Olunan İxtisaslaşma, Bilik, Təcrübə və Bacarıqlar:
İqtisadi və ya idarəetmə sahəsində təhsil
Müvafiq biznes, idarəetmə, iqtisadiyyat sahəsində azı 3 il təcrübə
Heyətin idarə olunması sahəsində müvafiq bacarıq və təcrübi biliklər
Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
İngilis dilindən müəyyən səviyyəyə malik olmaq
Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək
Sürücülük bacarığı
Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini dolduraraq 31 mart 2014-cü il tarixinədək aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya təşkilatımızın baş ofisindən və filiallarından əldə edə bilərsiniz.
Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Neftchala ofisinə Filial Meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
E-ünvan: [email protected]
Faks: (012) 597 30 39
Mənbə:azerjobs.com
“Mühasibat uçotu” kitabı – Yeni standartlarların geniş şəkildə izahı
504 səhifəlik, qalın üzlü “Mühasibat uçotu” kitabında Köhnə və yeni hesablar planının müqayisəsi, mühasibat müxabirləşmələri ilə yanaşı ilkin sənədlərin tərtibi və rəsmiləşdirilməsi qaydaları haqqında məlumat verilib. 1000-dən müxabirləşmədən istifadə olunan kitabda nümünəvi müqavilə formalarına, ilkin sənədlərinin doldurulması haqqında informasiyalara rast gəlmək mümkündür.
Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın qiyməti 25 manatdır və istənilən ünvana çatdırılma pulsuzdur.
0 Komment
Şərh yazın