Kredit borcunuzu öyrənmə bu qədər ASAN olmamışdı

Kredit borcunuzu öyrənmə bu qədər ASAN olmamışdı

Qeyd edək ki, bu tip sorğular ödənişsizdir

Mərkəzləşdirilmiş Kredit Reyestri üzrə qısa arayış
Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) fiziki və hüquqi şəxlərin məbləğlərindən asılı olmayaraq bütün kreditləri haqda məlumatların toplandığı elektron məlumat bazasıdır.
MKR-in əsas məqsədi Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatlarının (bundan sonra – BOKT) cari və potensial borcalanları haqqında etibarlı məlumatlar əldə etmək, borcalanları bazar intizamına, borcalma nüfuzunun qorunmasına təşviq etmək və bankların və BOKT-lərin kredit risklərini azaltmaqdır.
Hər bir fiziki və hüquqi şəxs özü haqda MKR-də toplanmış məlumatları əldə edə bilər. Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:

Fiziki şəxslər üzrə:
• müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
• şəxs fərdi sahibkardırsa, onun VÖEN-ni əks etdirən sənədin surəti;
• şəxsin özü müraciət prosesində iştirak etməyəcəyi halda onun qanuni nümayəndəsinin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.
Hüquqi şəxslər üzrə:
• VÖEN-ni əks etdirən sənədin surəti;
• hüquqi şəxsi təmsil edən nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.
Sorğuların qəbulu və cavablandırılması 1 saylı Bakı “ASAN xidmət” mərkəzində həftənin bazar ertəsi – cümə günlərini əhatə etməklə saat 10:00-dan 19:00-dək həyata keçirilir.
Sorğular ödənişsizdir.

Yoxlamalar 2013
 Vergilər Nazirliyi (kameral, operativ nəzarəti, səyyar və s.), DSMF, DƏMX, Məşğulluq və s. orqanlarının apardığı yoxlamalar barədə praktiki misal və nümünələr olan kitab dərc olunub... “Monitor Konsaltinq Servis” MMC ilin sonuna doğru oxucularını dah bir gərəkli nəşrlə sevindirməyə qərar verdi. Sərbəst Auditor, "Monitor Konsaltinq" jurnalınını eksperti Altay Cəfərov “Yoxlamalar A-dan Z-yə” kitabı Azərbaycan Respublikasında bu sahədə qələmə alınan ilk kitabdır. Yoxlamalar, istər müstəqillikdən əvvəl, istərsə də sonra müəssisə və təşkilat rəhbərlərinin və mühasiblərin az məlumatlı olduğu mövzulardan biri, bəlkə də birincisidir.

Nəşri əldə etmək istəyənlər istəklərini [email protected] adressine və ya 012-437-32-67 və 050-265-72-65 saylı telefonlara bildirin. Kitabın  istənilən ünvana çatdırılma pulsuzdur.

0 Komment

    Şərh yazın

    Xəbərlər