
Vakansiya! FINCA-dan Kredit Supervayzeri vəzifəsinə işçi axtarışı
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir..
Kateqoriya: - Bank işi / Menecment
Alt kateqoriya: - Kredit Riskləri / Bank işi
FINCA Azerbaijan - Other
18 fevral / 14 mart
Contact Email: [email protected]
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı ABŞERON bölgəsi üçün KOS (Kiçik və Orta Sahibkarlıq) məhsulu üzrə Kredit Supervayzeri vəzifəsinə işçi axtarışı elan edir. KOS Kredit Supervayzeri (KOS KS) KOS kreditlərinin satışlarına,müştərilərə xidmət göstərilməsinə və kredit portfelinin idarəçiliyinə, işin səmərəli təşkilinə və planlaşdırılmasına və KOS Kredit İşçisi heyətinin performans qiymətləndirilməsinə məsuliyyət daşıyır.
“FINCA Azerbaijan” Azərbaycan üzrə 150,000 nəfərdən çox müştərisi olan və sürətlə inkişaf edən bir mikromaliyyə təşkilatıdır.
Vəzifə öhdəlikləri:
KOS müştərilərinə xidmət;
KOS Kredit İşçiləri komandasının istiqamətlndirilməsi və idarəedilməsi;
KOS müştərilərinin biznes, maliyyə və iqtisadi təhlili və qiymətləndirilməsi;
KOS portfelinin keyfiyyətli şəkildə inkişaf etdirilməsi və idarə edilməsi.
Yalnız aşağıdakı şərtlərə uyğun gələn işçilər ərizə ilə müraciət edə bilərlər:
KOS məhsulu ilə iş təcrübəsi (20.000 USD-dən çox məbləğlə),
Təşkilatçılıq bacarıqları,
İstiqamətləndirmə bacarıqları,
İngilis və ya Rus dili bacarıqları.
“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 14 Mart 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№110/14) qeyd etməklə göndərə bilərsiniz.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!
Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:
Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.
Tel: (012) 596 33 85\86\87;
“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.
Mənbə:azerjobs.com
“Əmək qanunvericiliyi Toplusu - 2013” kitabı– Əmək Məcəlləsi + Əmək qanunvericiliyi ilə bağlı qanunlar
Kitabda Əmək Məcəlləsi ilə yanaşı əmək münasibətlərini tənzimləyən müxtəlif qanunveicilik aktları – Nazirlər Kabinetinin qərar və qaydaları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin normativ-hüquqi aktları, Konstitusiya Məhkəməsinin qərarları yeləşdirilib. Məqsədimiz həmkarlarımızın gündəlik peşə fəaliyyətlərində lazım olan əmək qanunvericiliyi sənədlərini bir kitaba toplamaqla onlara peşəkar dəstək verməkdir.
Kitabın ofisdən satış qiyməti 10 manatdır. Kitabın üzərində verilən CD pulsuzdur və istənilən ünvana da çatdırılma xidməti də ödənişsizdir. Kitabı əldə etmək istəyənlərdən əlaqə nömrələrini [email protected] adressinə göndərməyini və 437-32-67 və 050-265-72-65 saylı telefonla bildirməklərini xahiş edirik..
0 Komment
Şərh yazın